ADP sədri Sərdar Cəlaloğlu zaman-zaman elmi-fəlsəfi nəzəriyyələrlə çıxış edən siyasilərimizdəndir. Onun elmi çalışmaları hətta Nobel Komitəsinin qapılarını aralamış, ən son mərhələyə qədər irəliləmişdi. Partiya sədrinin "Kosmik hadisələr haqqında nəzəriyyə" ilə əldə etdiyi bu uğuru indiyə qədər minlərlə professoru, onlarla akademiki olan Azərbaycan Milli Elmlər Akademiyası belə, qazana bilməyib. Azərbaycanda indiyə qədər yalnız bir alim Sərdar Cəlaloğlunun fəth etdiyi mərtəbəyə qədər yüksəlib.
ADP sədri həm də yenilikçi dini düşüncələrilə də diqqəti cəlb edir. Onun dini baxışları elmi və siyasəti də özündə birləşdirir. Dünyaya din-elm-siyasət üçbucağından baxan Sərdar bəyin düşüncələrini ictimaiyyətimizə çatdırmaq üçün hər cümə onunla söhbətləşmək qərarına gəldik. “Sərdar Cəlaloğlu ilə Cümə söhbətləri” adlanan bu rubrikamıza “İslam nədir, səmavi kitabları necə anlamalı” sualları ilə başladıq. Sərdar bəy ilk müsahibəsində gözlədiyimiz kimi ciddi polemikalar yaradacaq iddialarla çıxış etdi. Onun xüsusilə “Quran təhrif olunur” iddiasına, yəqin ki, din xadimləri öz münasibətlərini bildirəcəklər.
ADP sədrinin An TV-yə müsahibəsini Ovqat.com oxucularına təqdim edirik:
Paylaş: