Eynulla Fətullayev
Ölkədə son qızğın hadisələrin zirvə nöqtəsi, şübhəsiz ki, APA informasiya agentliyinin bağlanması oldu. Uzun illər ərzində agentlik iqtidarın informasiya strategiyasında heç də sonuncu yeri tutmurdu. Bəs APA rəhbərliyini bağlanmaq barədə qərar qəbul etməyə nə sövq etdi?
Agentliyin informasiya mühitindən mistik yoxa çıxmasının elə etrəsi günü APA rəhbərliyi holdinqin prezidenti Vüsalə Mahirqızının timsalında Bakı Avqustunun sirli misteriyasına aydınlıq gətirməyə çalışdı. «APA informasiya agentliyinin fəaliyyəti bizim tərəfimizdən dayandırılıb. Bəzi problemlər yaranıb. Araşdırma aparılır. Nəticələr barədə məlumat verəcəyik». Şübhəsiz ki, bu cür qısa izahat etimad doğurmurdu.
APA-nın rəhbəri Vüsalə Mahirqızı
Bəs APA niyə fəaliyyətini dayandırdı? Onun bağlanmasına az qalmış APA istinadən haqqin.az və virtualaz.org Qarabağ, Böyük Vətən müharibələri, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni mənzillərin və avtomobillərin açarlarının təqdim edilməsi mərasimində prezident İlham Əliyevin nitqini tirajlamışdı. Əvvəlcə heç də az əhəmiyyətli olmayan suala cavab verək: nəyə görə biz APA-ya istinad etdik? Axı bu agentlik, «AzərTAc» dövlət informasiya agentliyi və «Trend» agentliyi ilə yanaşı, rəsmi xəbərləri yayan və Prezident Administrasiyasında akkreditasiya olunmuş üç KİV-dən biri idi. Həmin agentliklərdən başqa heç bir kütləvi informasiya və təşviqat vasitəsi yüksək səviyyədə görüşləri və hadisələri işıqlandıra bilməz. Oxucu kütləsi toplamış başqa KİV-lərə nə qalır? Bu üç rəsmi səviyyəyə qaldırılmış agentliyin dəqiq rəsmi xəbərlərinə istinad edərək, onlardan istifadə etmək.
Beləliklə, APA çığıran başlıqla prezidentin nitqini yayır: «Biz Ermənistanı çökdürəcəyik». Yarım saat sonra prezident İ.Əliyevin mətbuat katibi təkzib tələb edir, çünki dövlət başçısının nitqində belə ifadə olmayıb! Haqqin.az və virtualaz.org Prezident Administrasiyasının təkzibini yayımlayır. APA oxuculardan üzr istəyir. Sonra nə baş verir? APA baş vermiş hadisə ilə bağlı xüsusi araşdırmanın aparılması ilə əlaqədar fəaliyyətinin dayandırılması haqqında bəyanatla çıxış edir. Biz hələ araşdırmalara qayıdacağıq. Hələliksə səs-küylü hadisə haqqında. Prezident əslində nə deyib?
Prezident İlham Əliyevin nitqi necə təhrif olundu
İlham Əliyev əsas etibarilə Köçəryan-Sarkisyan Qarabağ klanı timsalında Ermənistanın keçmiş rəhbərliyinin fəaliyyətinin üzərində dayanıb. Ermənistanın yeni hakimiyyəti barədə fikirlərini bölüşərkən bildirib ki, əgər Paşinyan hökuməti Sarkisyanın Qarabağ siyasətini əvvəllər olduğu kimi davam etdirərsə, Azərbaycan Ermənistanın sarsılması üçün əlindən gələni edəcək. Razılaşın ki, »çökdürəcəyik» ifadəsi ilə «sarsıdacağıq» ifadəsi arasında kifayət qədər böyük fərq var. Müharibə vəziyyətində olan dövlətin başçısının dilindən çıxan hər bir söz və hətta sözün deyilmə tonu belə yalnız ictimaiyyət daxilində deyil, bütün dünyada birmənalı olmayan reaksiya doğura bilər.
»Çökdürmək» ifadəsini «Qarabağ tənzimlənməsi"nin dəqiq və aydın konsepsiyasını hələ müəyyən etməmiş və formalaşdırmamış hökumətə müharibənin elan edilməsi kimi anlaşıla bilər.
Digər tərəfdən, prezidentin, yaxud istənilən siyasətçinin nitqlərinin azad şəkildə təfsiri jurnalistin peşəkar etikası ilə nə dərəcədə uzlaşır?
İndi isə araşdırmalara qayıdaq. APA-nın bağlanmasından bir sutka sonra bu holdinqin vitse-prezidenti və siyasət şöbəsinin başçısı Şahin Cəfərli özünün «Facebook» səhifəsində analitik şərh yazır: «Bir daha aydın olur ki, neftin qiyməti artmasa, məsələn, 50 dolların altında uzun müddət qalsa, bizi fəlakət (bəlkə də kütləvi aclıq) gözləyirmiş. Ərəb qardaşlarımız və Rusiya (OPEC+) sayəsində ən pis ssenaridən xilas olduq. Amma müstəqilliyimizin 27-ci ilində ölkənin taleyinin neft bazarındakı gəlişmələrdən asılı olaraq qalması o deməkdir ki, Azərbaycanı hələ ki oturuşmuş, baş tutmuş dövlət saymaq olmaz».
Hökumət agentliyinin rəhbərlərindən birinin bu fikirləri şok və çaşqınlıq yaradır! Şahin Cəfərli müxalifət liderləri ilə eyni «həqiqətlərdən» danışır. Bu «analitik nəticə«nin müəllifinin adının üstünü örtsək, həmin mətni Əli Kərimlinin, yaxud müxalifətçi bloger Xədicə İsmayılovanın məqaləsindən bir parça kimi təsəvvür etmək mümkündür.
Lakin Şahin Cəfərli dayanmaq-durmaq bilmir. Avqustun 4-də o, «Facebook"da daha bir qeyd yazır və sanki Azərbaycanın düşdüyü vəziyyətlə bağlı özünün tənqidi fikirlərini inkişaf etdirir.
APA-holdinqin birinci vitse-prezidenti Şahin Cəfərlinin çıxışının «screen-shot"u
APA-holdinqin birinci vitse-prezidenti Şahin Cəfərlinin çıxışının «screen-shot"u
Sözün açığı, hökumətyönlü jurnalistin bu cür cəsarətli və səmimi düşüncələri məndə onun qeyri-adi şəxsiyyətinə qarşı təbii maraq doğurdu. Hökumət agentliyinin rəhbərliyində birinci vitse-prezident vəzifəsində işləyəsən, hələ eyni zamanda siyasət (!!!) söbəsinə rəhbərlik edəsən və öz hökumətini Şimali Koreyanın despotik rejimi ilə müqayisə edəsən. APA-nın bağlanmasına hələ çox qalmış, bu il iyunun 12-də Şahin Cəfərli daha uzağa gedib. O əmindir ki. Şimali Koreyada güzəran Azərbaycandakından yaxşıdır: «Azərbaycanı Şimali Koreyanın boşaltmaqda olduğu «müqəddəs» yerə oturtmaq cəhdlərini müşahidə etmək üzücüdür».
Bu ki paradoksdur! Belə çıxır ki, iş gününün sonuna kimi Şahin Cəfərli hakimiyyəti tərənnüm edir, saat 19:00–dan sonra isə burjua kompüterinin qarşısına keçərək elə həmin hakimiyyəti çirkaba bulayır. Hansı ki, cəmi bir neçə saat sonra, səhər tezdən yenə də həmin hakimiyyətə xidmət etmək lazım gələcək. Əsl Balzak qələminə layiq sərhədsiz ikiüzlülük.
Lakin hələ bu da hamısı deyil. Sən demə, APA-nın bağlanmasına hələ xeyli qalmış Şahin Cəfərli Milli Məclisin buraxılması tələbi ilə çıxış edib. Buyurun, bu da onun xalqa 16 may tarixli müraciəti: «Milli Məclis buraxılmalıdır. Seçki islahatı həyata keçirilərək heç olmasa, qismən demokratik seçki yolu ilə səviyyəli, xalqdan mandat almış parlament formalaşdırılmalıdır. Bunun edilməməsi, yaxud köhnə, ənənəvi üsullarla yeni seçki tamaşasının səhnələşdirilməsi ölkə üçün ağır nəticələrə səbəb ola bilər».
Sən demə, APA-nın bağlanmasına hələ uzun müddət qalarkən Şahin Cəfərlidə siyasi iddialar da baş qaldırıbmış. Bu azmış kimi, o, tam düşüncəli şəkildə siyasi müxalifətə qoşulub. APA-holdinqin birinci vitse-prezidenti ən radikal, belə demək mümkünsə, prezidentə düşmən mövqedə duran təşkilatlardan birinin iclaslarında ən fəal şəkildə iştirak edir, İlqar Məmmədovun partiyasının rəhbərliyi arasında yer alır. Budur, özünüz seyr edin.
Azər Qasımzadə, Erkin Qədirli, Şahin Cəfərli
hakimiyyətə qəzəbini izhar edəndən sonra Şahin Cəfərli səhər oyanıb yenə hakimiyyətin yanına gedirdi
Tutaq ki, Şahin Cəfərli çox nadir rast gəlinən ruhi xəstəliyə düçar olub, qorxunc xəstəlik onu içindən yeyir ki, bu da ümidin tükənməsini şərtləndirir, dəyanətin yoxluğuna əminliyini və illüzor ideallar formalaşdırır. Fəqət Şahin Cəfərli hakimiyyətlə əlaqələri kəsərək müxalifətə qoşulmaq, iqtidarın kürəyinə bıçaqla zərbə endirmək kimi qarşısıalınmaz istəkdə tək deyil.
Avropa Şurasında və digər Avropa institutlarında akkreditə olunmuş, APA-nın Avropa bürosunun başçısı, APA-nın xüsusi müxbiri Fuad Qulubəyli. O da sosial şəbəkələrin fəal istifadəçisidir. Eyni zamanda, o, hakimiyyətin kəskin əleyhdarlarından və müxalifətin tərəddüdsüz tərəfdarlarından biridir. Fuad Qulubəyli hökumət agentliyini Avropanın qəlbində bu cür təmsil edib. APA-nın bağlanmasına hələ uzun müddət qalmış Fuad hakimiyyətə açıq-aşkar rişxəndlə yanaşır: «Konstitusiyaya düzəlişlər haqqında referenduma bizi səfirliyə aparmağın nə mənası var ki? Məgər səslərimiz nəyisə həll edir? Səslərimiz olmadan da hər şey həll olunacaq» (25 sentyabr 2016-cı il tarixli qeyd).
F.Qulubəyli o qədər «sərbəstləşir» ki, Azərbaycandakı prezident seçkilərinə rişxənd edir və ironiya ilə etirafda bulunur: «Hardasa 127 ildən sonra Fransada olduğu kimi, Azərbaycanda da prezident yenidən 5 il hakimiyyətdə olacaq». F.Qulubəylinin tənqidi çıxışlarından yeni sitatlar gətirmək mənasızdır. Sosial şəbəkə istifadəçiləri onun Azərbaycan hakimiyyətinin ünvanına qəzəbli qeydlərini hər gün izləyirlər. Əlbəttə ki, o, hökumətyönümlü APA agentliyinə işləyir. Həftəsonlarını isə İlham Əliyevin ən barışmaz tənqidçiləri ilə, misal üçün, karukaturaçı Gündüz Ağayevlə birgə keçirir.
müxalifətçilər APA-nın Avropa bürosunun rəhbərinin ziyafətlərinin daimi qonaqlarıdır
Hökumətin pulunun hesabına yaşamaq və ona rişxənd etmək. İkiüzlü, vicdansız, heysiyyatsız alçaq!..
Doğrudanmı, APA-da qaçılmaz araşdırmalar barədə bəyanat verən agentlik rəhbərliyi öz həqiqi niyyətlərini və hisslərini sarkazm və soyuq ikiüzlülük maskası altında gizlədən əməkdaşlarına və rəhbərlik nümayəndələrinə eyham vururdu?! Bu jurnalistlərə nə mane olurdu ki, prezidentə və hökumətə öz səmimi münasibətlərini açıq bildirərək, müxalifət sıralarına qoşulsunlar, müqavimət jurnalistikasına keçsinlər, elə həmin o «Meydan TV"yə qoşulsunlar, tam səmimi, ikiüzlülük etmədən və yalan danışmadan cəmiyyətin və ölkənin həyatı barədə »öz həqiqətlərini» yazsınlar? Axı səhərlər hakimiyyətə sədaqət andı içib, gecə şəxsi naqisliyinə qəzəblənərək öz-özünü təkzib etməyə nə lüzum var?! Bu mənqtiqi necə anlamalı? Bu ziddiyyət ruhunu necə izah etməli? Və bu nəyin bariz göstəricisidir? Vətəndaş mövqeyinin yoxluğunun, yoxsa yarınmağın, ikiüzlülüyün və şərəfsizliyin?..
Budur APA hökumət agentliyinin tarixindəki ağ ləkələr…
Paylaş: