Xəbər lenti

 

Şəhriyar Məmmədyarov – Azərbaycanın yetişdirdiyi ən güclü şahmatçı. Onun barəsində Vikipediyada belə yazılır:

“Şəhriyar Həmid oğlu Məmmədyarov (d. 12 aprel 1985, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycan şahmat qrossmeysteri.

O, dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə şahmatçıdır.

2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb”.

Haqqında ağız dolusu danışdığımız, dost-düşmən arasında mövcudluğu ilə qürur duyduğumuz Şəhriyar indiyə qədər qatıldığı beynəlxalq yarışlardan həmişə qələbə sevinci ilə qayıdıb. Hər zaman onu göstərib ağıllı millət olmağımızla təskinlik tapmışıq.

Amma Şəhriyar Məmmədyarovun qazandığı uğurlar, sən demə, asan başa gəlmirmiş. İqtisadi çətinliklər onu hər gün beynəlxalq yarışlara qatılmağa məcbur edirmiş və bu yorğunluq dünyaca məşhur idmançımızın qələbə şansını da azaldırmış. Hər halda qrossmeysterin özü  bunu etiraf edib. O, dünən gecə özünün facebook səhifəsində paylaşdığı statusunda yazıb:

 

“Sabahiniz xeyir) indice yuxudan durdum yorgunlugdan) burda gece saat 01:47 di) bugun Carlsenle 5 saatdan cox oyun oynadim ve achigi cetin mubarize oldu, debutdan boyuk ustunluyum war di, sonra biraz pis veziyet aldim ve regib 5 saat udmaga calishdi,, ve burdan 1 sebebe.  geldim ki birdaha 40-45 gunluk turnirlere son goyacam, gerek az oynayib ozumde guc saxlayim, bu elbette ki biabirciligdi bu geder arxa arxaya oynamag.. bu gun jurnalist mene sual verdi ki nedi seni mecbur eden bu geder oynamaga?? Utandim deyim ki pul! Deye bilmedim ki menim kimi profisonal oyuncunun sponsuru yoxdu, ve hetta butun yarishlara oz hesabima gelirem, chun ki butun burda ki insanlarin sponsuru var. amma yene sabah oyun war, gerek yene hazirlashim ! Cox hayif amma Sahmat bele meni bezdirir! Yorulmusham! Sabah yene oynamag lazimdi! Arada fikirleshirem bu olkede menden guclu ne geder idmanci war ki mene 1 sponsur tapilmadi??  Azerbaycana sevgim

Sonsuzdu amma hayif menim gucum sonsuz deil, 1 gun men o Shahriyar Mammadyarov olmayacam onda ise bu sohbetler sadece menasiz olacag!  Tesekkurler diggete gore”.

Doğrudan da maraqlıdır. Dünyanın ən məşhur və intellektual oyunlarından sayılan şahmata bu biganələyi anlamaq mümkün deyil. Müxtəlif mənasız idman oyunlarına sponsorluq edən, bəzi adı dilimizə yatmayan əcnəbi idmançılara milyonlarla pul xərcləyib üçrəngli bayrağımız altında yarışdıran hakimiyyət öz milli qürur mənbəyimizə niyə bu cür barmaqarası yanaşır? Yoxsa, şahmat idman növü kimi qadın güləşindən, avarçəkmədən daha az populyardır?

Ümidvarıq ki, bu suallara Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası qaneedici cavab verəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 617          Tarix: 27-08-2018, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma