Xəbər lenti

  

Tehran sammiti sona çatdı.

Ovqat.com xəbər verir ki, Türkiyə, İran, Rusiya prezidentləri qapalı qapılar arasında masaya yatırdıqları məsələləri toplantıdan sonra keçirilən mətbuat konfransına daşıdılar.

Çıxışa ilk başlayan İran prezidenti Həsən Ruhanı Suriyadakı müharibə alovlarını söndürmək, ölkənin ərazi bütövlüyünü qorumaq, gələcəyini öz təyinetmə hüququna hörmət etmək üçün ortaq bir qəlib müəyyənləşdirməyin vacibliyinə toxundu. Onun fikrincə, Suriya böhranının həlli üçün hərbi variant işə yaramayıb.

İranın Suriya hökumətinin xahişi ilə həmin ölkəyə getdiyini xatırladan prezidentin fikrincə, bu hərbi yardımın nə gələcəkdə, nə keçmişdə Tehranın öz qərar və fikirlərini zorla qəbul etdirmək istiqamətində olmayıb:

“Biz regiondakı bəzi ölkələrin terror və separatçı narahatlıqlarını anlayırıq. Amma bunu üçün ən təsirli üsulun Suriya hökumətilə əməkdaşlıq edilməsi olduğuna inanırıq. Biz sülh üçün döyüşürük. Bu mübarizə vətəndaşlara zərər verməməlidir”.

İşğalçı rejim olan Sionizmin terrorizmlə mübarizə apardığını iddia edə bilməyəcəyini bildirən Ruhanı İsrailin işğal etdiyi Suriya torpaqlarından dərhal çıxmasının lazım olduğunu vurğuladı:

“Qanunsuz şəkildə Suriya torpaqlarında öz ordusunu yerləşdirən sionist rejimi dəstəkləyən ABŞ hökumətindən müsbət və konstruktiv rol gözləməyə dəyməz. Suriyanın gələcəyi üçün ilk və son rol Suriya xalqına məxsusdur. Suriya böhranı sona çatdırması üçün ölkənin ərazi bütövlüyünə hörmət edilməli, xüsusilə İdlibdə terrorla mübarizə sürdürülməlidir. Suriyaya yardım etmək beynəlxalq ictimaiyyətin əsas gündəm mövzusu olmalıdır. ABŞ-ın oradakı varlığına dərhal son qoymalıdır”.

Ruhanidən sonra çıxış edən Rusiya prezidenti Vladimir Putinin fikrincə isə, Suriyada qalan terrorçular İdlibə toplaşıb: “Beynəlxalq terrorizm, demək olar ki, məhv edilib. Suriya torpaqlarının, demək olar, hamısı nəzarət altındadır. Qalanlar İdlibdəki atəş bölgəsində yerləşiblər. Onlar orada müxtəlif təxribatlar hazırlayırlar. Hətta kimyəvi silahların istifadəsilə təxribatlar törədirlər”.

 Sonda çıxış edən Türkiyə prezidenti Ərdoğan da Suriyanın siyasi birliyi təmin olunmasının vacibliyindən danışıb.

Onun fikrincə, Astana sammitləri çərçivəsində həyata keçirilən ən kritik addımlar gərginliyi azaltma bölgələri yaratmağa yönəlmişdi:

“Ancaq bunlar zamanla müxtəlif bəhanələrlə ləğv edildi. Geriyə yalnız İdlib qaldı. Burada müxalifət baş verən proseslər səbəbindən aldadıldıqlarını düşünürlər. Türkiyə olaraq şəhidlər verdiyimiz bu prosesin hazırda çox riskli bir yerə gəldiyini düşünürük. İdlib, sadəcə Suriyanın gələcəyi üçün deyil, bizim milli təhlükəsizliyimiz və regionun gələcəyi üçün də əhəmiyyətə malikdir. İdlibə edilən hücum fəlakətlə nəticələnəcəkdir. Terrorçularla mübarizədə zaman və dözümlülüyə əsaslanan metodlara ehtiyac var. İdlibin qan gölünə dönməsini heç vaxt istəmirik. Siz dostlarımızdan da bu səylərimizə dəstək olmağınızı gözləyirik. İdlib üçün məqbul bir çıxış yolu tapmalıyıq. Astana təminatçılarının Suriyada yeni bir humanitar böhran yaşanmasına icazə vermək istəmirlərsə, mesajlarını bu zirvədən dünya ictimaiyyətinə çatdırmalıdırlar. Fəratın şərqində arzu etmədiyimiz hadisələr baş verir. Bir sıra xarici qüvvələrin atdığı addımların artıq tamamilə başqa bir yerə yönəldiyi bir həqiqətdir. ABŞ-ın bölgədə digər bir terror təşkilatını gücləndirməsi bizi son dərəcə narahat edən məsələdir. Türkiyə bölgədəki varlığını qorumaqda qərarlıdır.

Türkiyə miqrant qəbuletmə qabiliyyətini doldurmuşdur. Suriya rejiminin də göz yumması terror təşkilatının varlığını qalıcı hala gətirir. Bu hal, eyni zamanda Suriyanın ərazi bütövlüyünü də təhdid edir”.

Tehran sammitindən çıxacaq nəticələrin “xeyrlərə vəsilə olmasını” arzu edən Ərdoğan İdlibdə atəş elan olunmasını istədi:

“Hər kəs Tehran bəyannaməsini gözləyir. 12 maddəlik bu bəyanatı iclasın ardından təqdim edəcəyik. Növbəti toplantımız Rusiyada olacaq. İdlibdə çox sayda vətəndaş var, diqqətli olmalıyıq. Bombardman dayanmalı, vətəndaşlara zərər verir. İdlib xalqı ciddi mənada qorxu içində və artıq köç başladı. İdlibdə atəşkəs elan olunsa, bu, çox mühüm bir addım olacaq”.

Qeyd edək ki, qapalı görüşlərdəki fikir ayrılıqlarının mətbuat konfransına daşınması liderlərin prinsipial məsələlərdə yekdil fikrə gəlmədiklərini göstərir.




Ana səhifəyə qayıt        Baxış: 828          Tarix: 7-09-2018, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma