Xəbər lenti

  

Türkiyə, İran, Rusiya liderlərinin Tehran sammitinin bəyannaməsi yayımlanıb.

Oqvat.com 12 maddəlik bəyannaməni olduğu kimi dərc edir:

    “1. Liderlər Astana formatının 2017-ci ilin yanvar ayından bu yana əldə etdiyi uğurlardan, xüsusilə də Suriya Ərəb Respublikasında zorakılığın azaldılmasında qət edilən irəliləmədən və ölkədə sülh, təhlükəsizlik, sabitliyə edilən töhfədən duyduqları məmnuniyyəti ifadə etmişlər.

  1. Suriya Ərəb Respublikasının suverenliyi, müstəqilliyi, birliyi, ərazi bütövlüyü ilə BMT Xartiyasının məqsəd və məramlarından irəli gələn öhdəliklər vurğulanmış, bunlara hamı tərəfindən hörmət göstərilməsi lazım olduğu qeyd edilmişdir. Kim tərəfindən törədildiyinə asılı olmayaraq, heç bir aksiya bu prinsiplərə xələl gətirməməlidir. Terrorla mübarizə pərdəsi altında təzahür edən yeni reallıqlar yaradılmasına dair hər cür təşəbbüs rədd edilmiş, Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə qonşu ölkələrin milli təhlükəsizliyini zəiflətməyə yönələn separatçı gündəliklərə qarşı durma qətiyyətlə ifadə olunmuşdur.

 

  1. Regionaldakı aktual vəziyyət ələ alınmış, 4 Aprel 2018 tarixində Ankarada keçirilən son toplantılarının ardından Suriya Ərəb Respublikası bağlı baş verən proseslər dəyərləndirilmiş və aralarındakı anlaşma əsasında üçlü əməkdaşlığı davam etdirmək barədə razılığa gəlinmişdir. Bu çərçivədə, İdlib bölgəsindəki vəziyyət müzakirə olunmuş və bu məsələ yuxarıda göstərilən prinsiplərə və Astana formatını tanıyan əməkdaşlıq ruhuna uyğun olaraq ələ almaq qərarlaşdırılmışdır.

 

  1. BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan DAEŞ, Nusra Cəbhəsi, əl-Qaidə və ya DAEŞ-lə əlaqəli bütün digər fərdlər, qruplar, təşəbbüslər və proseslərin tamamilə aradan qaldırılması məqsədilə əməkdaşlığı inkişaf etdirmək niyyəti təsdiq edilmişdir. Terrorizmlə mübarizədə, yuxarıda qeyd olunan terrorçu qruplarla atəşkəs rejiminə daxil edilmiş və ya iştirak edəcək silahlı müxalif qrupların ayrılması vətəndaş itkilərinin qarşısının alınmasının böyük əhəmiyyət daşıdığını vurğulanmış.

 

  1. Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil və yalnız müzakirə yolu ilə sona çatdırılacağına dair inanclar təkrarlanmışdır. Siyasi həll prosesinin Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin qərarları və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun aparılması məqsədilə fəal əməkdaşlığın davam etdirilməsi səylərinin vacibliyi təsdiqlənmişdir.


  2. Liderlər suriyalıların öncüllüyü və iştirakı ilə siyasi həll prosesini aparmaq məramlı birgə səyləri davam etdirmək mövzusundakı qətiyyətlərini təkrarlayıb və Konstitusiya Komitəsinin yaradılması ilə işlərinin başlanılmasına köməkçi olmaq öhdəliklərini vurğulamışlar. Təcrübəli məmurları ilə Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin Suriya xüsusi nümayəndəsi arasındakı faydalı məsləhətlərdən duyduqları məmnuniyyəti vurğulamışlar.

 

  1. Bütün Suriyalıların normal və dinc həyatlarını bərpa etmələrinə və iztirablarının yüngülləşdirilməsinə yönəlmiş bütün səylərə dəstək olma ehtiyacı vurğulanmışdır. Bu baxımdan, əlavə humanitar yardım göndərmək, humanitar mina təmizləmə fəaliyyətini asanlaşdırmaq, sosial və iqtisadi obyektlər də daxil olmaqla, əsas infrastruktur elementlərini əvvəlki halına gətirmək və tarixi irsi qorumaq vasitəsilə Suriyaya edilən yardımı artırmaları üçün başda Birləşmiş Millətlər və humanitar agentlikləri olmaqla beynəlxalq cəmiyyətə müraciət edilmişdir.

 

  1. Ehtiyacı olan bütün Suriyalılara sürətli, etibarlı və fasiləsiz humanitar yardımların təmin olunmasını asanlaşdırmaq yolu ilə vətəndaşların qorunması və humanitar vəziyyətin yaxşılaşdırılmasını hədəf seçən birgə səyləri davam etdirməkdə qətiyyətliliyin vacibliyi vurğulanmışdır.

 

  1. Qaçqınların və ölkə daxilində yerlərindən edilmiş şəxslərin Suriyadakı əsl yerlərinə təhlükəsiz və könüllü geri dönmələri üçün lazımi şərtlərin yaradılması ehtiyacı üzərində dayanılmışdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatlar da daxil olmaqla, əlaqədar bütün tərəflərin ehtiyaclarının ödənilməsi vurğulanmışdır. [Suriyalı qaçqınlar və ölkə daxilində yerlərindən edilmiş şəxslər haqqında beynəlxalq konfransın keçirilməsi qərarlaşdırılmışdır.]

 

  1. BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) mütəxəssislərinin iştirakı ilə qurulacaq və əsirlərin sərbəst buraxılması, cənazələrin təslimi və itkin düşmüş şəxsləri müəyyən edəcək İşçi Qrupunun fəaliyyətlərindəki irəliləyişlər razılıqla qarşılanmışdır.

 

  1. Rusiya Federasiyasının Prezidenti Cənab Vladimir Putinin dəvəti ilə, növbəti toplantıbın Rusiya Federasiyasında keçirilməsi qərarlaşdırılmışdır.

 

  1. Rusiya Federasiyası və Türkiyə Respublikasının dövlət başçıları Tehrandakı üçlü sammitə ev sahibliyi etməsindən ötrü İran İslam Respublikasının Prezidenti hörmətli cənab Həsən Ruhaniyə səmimi təşəkkürlərini çatdırmışlar”.



Ana səhifəyə qayıt        Baxış: 480          Tarix: 7-09-2018, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma