Hər il həcc ziyarətindən on milyardlarla dollar pul qazanan Səudiyyə Ərəbistanı dini turizm gəlirlərini artırmaq üçün yeni metodlara əl atır.
Ovqat.com-un məlumatına görə, rəsmi Riyad bu niyyətini iki istiqamətdə həyata keçirməyə çalışır:
- Həccə ziyarətə gedənlərin sayını maksimum səviyyədə artırmaq.
Bildirilir ki, rəsmi Riyad bir neçə il ərzində zəvvarların sayını 5 milyona qədər artırmaq niyyətindədir. Bunun üçün isə Məkkədəki ziyarət məkanlarının sahəsini böyüdür, hər il Kəbəni genişləndirən inşaat işləri aparır.
Bəzi hallarda Kəbədə aparılan tikinti işlərində yetərli təhlükəsizlik tədbirlərinin alınmaması ciddi fəlakətlərə də yol açır. Xatırladaq ki, 11 sentyabr 2015-ci ildə Kəbənin inşaatını aparan kranın aşması nəticəsində 107 nəfər həyatını itirmişdi.
Maraqlıdır ki, həmin vaxt Kəbənin inşaatı məşhur Əl-Qaidə lideri olan Bin Laden sülaləsinə tapşırılmışdı. Tarixin ironiyasınamı, təsadüfünəmi, yoxsa xarici kəşfiyyatın zamanlamasınamı bax ki, 2015-ci ildəki Kəbə faciəsi də Üsamə Bin Ladenin adının hallandığı ABŞ-dakı ekiz qüllə təxribatı ilə eyni təqvim gününə düşmüşdü – 11 sentyabr.
- Həcc turizmi çərçivəsində Səudiyyə Ərəbistanının digər şəhərlərini ziyarət.
Məlumata görə, “2030-cu il perspektivləri” layihəsi çərçivəsində turizm sektorunu canlandırmağa çalışan Səudiyyə Ərəbistan rəhbərliyi bu il yeni tədbirlərə başlayıb. Ölkənin Həcc və Ümrə Nazirliyi Müşaviri Əbdüləziz Vəzzan yerli qəzetlərə verdiyi açıqlamada bu ildən zəvvarların vizası uzadılaraq 30 günlük ediləcək. İstəyən həmin zəvvar viza müddətində digər şəhərləri də ziyarət edə biləcək.
Məlum olduğu kimi, bu zamana qədər zəvvarlar ancaq Məkkə və Mədinəyə gedə bilərdilər və bunun üçün onlara 15 günlük viza verilirdi. Vəzzanın sözlərinə görə, bundan sonra zəvvarlar 15 gün Məkkə və Mədinəni ziyarət etdikdən sonra qalan 15 gün ərzində digər turist məkanlarını gəzə biləcəklər. Hətta ümrə şirkətləri ölkəyə gəlməzdən əvvəl əlavə müddət tələb edərlərsə, vizanın zamanı daha da uzadılacaq.
Ümrə üçün ölkəyə gələnlərin sayının hər gün artığını, son 4 gün ərzində 25 min ümrə vizası verildiyini bildirən Vəzzan etiraf edib ki, bu il şəvval ayının sonuna qədər ümrə üçün 8 milyon 500 min nəfərin ölkəyə gəlməsini gözlədikləyirlər və bu rəqəm keçən il 7 milyon səviyyəsində idi.
Həcc və Ümrə Naziri Müavini Əbdul- Fəttah Meşat da bu il ümrə üçün gələnlərin vizasının yalnız Hərəmeyn (Məkkə və Mədinə) ilə məhdudlaşmayacağını deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hər il təkcə həcc turizmindən 20 milyard dollardan çox qazanır. Ümrə ziyarətlərinin isə ölkə büdcəsinə daha çox gəlir gətirdiyi təxmin olunur.
Paylaş: