Xəbər lenti
Dünən, 19:25

  

 Zabil Həsənli

 

     Deyəsən gənclərə cavab verilməsə meydanlarını daha da genişləndirəcəklər. Bir vaxtlar Surət Hüseynov da cəbhədə uğurlar əldə edərək xalqın böyük inamını qazanmış və bu inam tədricən özünəvurğunluğa gəlib çıxmışdı. Nəticədə müxtəlif qüvvələr onun cavanlığından və siyasi yetkinliyinin olmamasından istifadə edərək xalq arasında hörmətdən saldılar. Gördüyü işləri isə heçə endirdilər. Yəqin ki, vaxtında onun ərköyünlüyünün qarşısı alınsaydı, Azərbaycan tarixinə bu şəkildə düşməzdi. Siyasətdə ərköyünlük yoxdur; inkişaf var, zirvə var, tənəzzül var. Çalışmaq lazımdır ki, siyasət meydanına atılmış  gənclərimiz gələcəkdə belə sonluğa düçar olmasınlar.

     Saytımızın səhifələrində işıq üzü görmüş, “Nahid Cəfərova ağsaqqal məsləhəti: “Sizə ifrat demokrat lazımdırsa...” (http://ovqat.com/manset2/19998-nahid-cfrova-asaqqal-mslhti-siz-ifrat-demokrat-lazmdrsa.html)  və  “Gənclərə məsləhət: Ehtiyatlı olun!”  (http://www.ovqat.com/prizma/21114-gnclr-mslht-ehtiyatl-olun.html) yazılarımda narahtçılığımı ifadə etmişəm. Avropada yaşayan və öz ölkələrini də oradakı kimi görmək istəyən gəncləri başa düşmək olar. Demokratik cəmiyyət uğrunda apardıqları mübarizəyə görə təşəkkürlərə layiqdirlər. Bununla belə, həyat təcrübəsinin siyasi dünyagörüşə təsirini deyəsən lazımınca qiymətləndirə bilmirlər. Ona görə də Azərbaycan reallığında az-çox siyasi həyat yaşamış yaşlı nəsilin nümayəndələrini keçmişin qalıqları kimi qəbul edir və onlara qısqanclıqla yanaşırlar. Baxın, Qurban Məmmədovdan çox gəncləri müdafiə edən yoxdur, amma əvəzində onların tənqidinin hədəfinə çevrilən siyasətçi də məhz Qurban Məmmədovdur.  Onların fikirincə, qocaların siyasətdə  nə işi var?

 Cənablar, bilin, siyasət cavanların yox, yaşlıların işidir. Gənclərimiz bilməlidirlər ki, həyatı öyrənib sonra yaşamırlar, yaşaya-yaşaya öyrənirlər. Ponald Tramp, Angela Merkel, Hillari Klinton, Pol Qobl, Olbrayt  və s. kimi siyasətçilər cavandırlar, yoxsa Qurban bəydən kiçikdirlər? Buyurun, özünüz yaşda olan bir neçə siyasətçinin adını da siz çəkin.

   Özündən böyüklərə münasibət əxlaqının bir göstəricisidir. Bu baxımdan gənclərə iradım var. Siyasətə yenicə atılmış Nahid Cəfərovun uzun illər bu sahədə “külünk çalmış” və mübarizliyi ilə Azərbaycan müxalifətinin “qırmızı kitaba” düşməsinin qarşısını almış Əli Kərimliyə nədəsə irad tutması doğrudurmu? (yəqin indi də deyəcəklər ki, ağsaqqal ara vurur). Onun Əli Kərimlinin AXCP-nin sədrliyindən getməsi tələbi haqlıdırmı?

Bu irada mən də o vaxt tərəfdar olaram ki, Azərbaycan adlı qatar demokratik relslər üzərinə qoyulmuş olsun. Demokratiyanın xətti yoxdur ki, bu xətti keçib demokratiyaya qovuşasan. Demokratik səviyyə var və onu tədricən keçmək lazımdır. Yəni bu, nisbidir. Məsələn, elə ölkələr var ki, onlara baxan yerdə bizdəki rejim daha demokratik görünür.

İkincisi də, sədr məsələsinin həlli cəbhəçilərin öz işidir. Bizim reallıq üçün nümunə də var, eyni tələbi Musavat partiyasının başqanı İsa Qənbər üçün də edilirdi. Hətta onu Azərbaycanda demokratik inkişafa mane olması ilə qınayırdılar. Nəticə necə oldu, Musavat gücləndimi?

  Cəbhəçilərə ilk etirazını Nahid bəy “Lider ətrafında yox, ideya ətrafında birləşməliyik” tezisi ilə bildirdi. Əslində bu elə Əli bəyə ünvanlanmış mesaj idi. Mən bilmirəm, bəlkə politologiyada belə bir qarşıdurma var, amma aydındır ki, ideyasız lider ola bilməz. Məhz ona görə lider ətrafında toplaşırlar ki, hansısa ideyanı həyata keçirsinlər. Yəni bunlar vəhdətdədirlər. Deyək ki, ideya “Demokratik Azərbaycan”dır və İlkin Qədirli də bunun üçün müəyyən hazırlıq dövürü keçməyi zəruri bilir və onun bu fikirinə şərik olanlar bir partiya ətrafında birləşib İlkin bəyi də ona sədr seçirlər və beləliklə “Demokratik Azərbaycan” ideyası uğrunda daha bir partiya fəaliyyətə başlayır. Göründüyü kimi, lider ideyanı həyata keçirmək üçün ətrafına toplaşmış insanlara rəhbərlik edir. Yəni, fəlsəfi baxımından ideya-lider qarşıdurması yoxdur, biri digərini tamamlayırlar. Əgər belə bir şey varsa, buyursun, Nahid bəy buna aydınlıq gətirsin.

   Okeanın o tayında məskunlaşmış daha bir gəncimiz Sevinc Osmanqızının Azər Kazımzadənin verilişində Qurban Məmmədov haqqında olan video məsələsinə belə aydınlıq gətirdi ki, guya videoya kənardan müdaxilə olub. Bu isə çoxlu sullar doğurur.

    Əgər müdaxilə səs yazısının pozulması ilə olubsa, onda zaman hara udulub?

Ümumüyyətlə, verliş gedə-gedə belə bir şey etmək mümkündürmü?

    Niyə məhz videonun həmin hissəsi çıxarılıb. Belə olan halda deməli müdaxilə edən əvvəlcə o videoya baxıbmiş.

     Əgər bu video əvvəlcədən hakimiyyət nümayəndələrinə məlum olubsa, niyə çoxdan bunu yaymayıblar və s.

     Gənclərimiz bilməlidirlər ki, siyasətdə və biznesdə danışılan ilk yalan iflasın sindiromudur. Vaxtında qarşısı alınmasa, iflas qaçılmaz ola bilər. Müəyyən mənada siyasət, yalandan istifadə etmədən ətrafdakıları inandırmaq bacarığıdır.

     Onsuz da müxalifət çox yerə parçalanıb, daha bir cəbhə açmayın!

      

    




Ana səhifəyə qayıt        Baxış: 1 119          Tarix: 16-10-2018, 21:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma