Xəbər lenti
Dünən, 19:25

 

Saleh Məmmədov 

Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf proqramını işləyərkən Leninin kommunizm qurmaq planından bir yalnız şəhərlə kənd arasındakı fərqin atadan qaldırılması və hər ikisində yaşayış şəraitinin bərabərləşdirilməsini götürmüşdüm. Bu istiqamətdə həm Sovet dövründə və həm də müstəqillik illərində xeyli iş görülməsinə baxmayaraq, ciddi uğurlar qazanmaq mümkün olmamışdır. Bu gün də kəndlə şəhər arasında ciddi fərqlər qalmaqdadır və bu bütövlükdə sosial-iqtisadi inkişafa mənfi təsir göstərir. Kənddən şəhərə axın güclənir, kəndlər boşalır, şəhərlərin yükü sürətlə artır, meqapolis yaşanması mümkün olmayan ərazilərə çevrilir. Məhsuldar qüvvələrin 70%-i Bakı və ətraf ərazilərdə yerləşdirilmişdi (Abşeron iqtisadi rayonu). Bu qlobal problemin həlli istiqamətində qabaqcıl ölkələrin təcrübəsini işıqlandırmaqla ölkədə bu yararlı təcrübədən istifadə etmək imkanlarını ictimaiyyətə çatdırmaq üçün "İqtisad məktəbi" səhifəmizdə zəruri materialları dərc etmək qərarına gəldim. Bunlardan birincisi və bu problemi demək olar ki, tam həll etmiş ölkə İsveçədən başlayaq.
İSVEÇRƏ DÜNYANIN ƏN İNKİŞAF ETMİŞ, ZƏNGİN ÖLKƏSİDİR.
-YARANMA tarixi 01.08.1291, çoxdilli ölkədir, rəsmi dilin sayı-4 dil

-ƏRAZİSİ - 41,3 min kv km
ƏHALİSİ - 8,5 milyon
KƏND ƏHALİSİNİN payı -30%.
ÜDM - nominal- 681 milyard dollar (Təqribən Türkiyəyə yaxın, Azərbaycandan isə 17 dəfə çox).
BÜDCƏ - 223 milyard dollar
İXRAC -336 milyard dollar (Türkiyə və Azərbaycanın birlikdə ixracından iki dəfə çox, Rusiya ixracından da xeyli çox)
ELM xərcləri - 18,1 milyard dollar (Azərbaycanın elm xərclərindən 225 dəfə çox)
-KT üçün subsidiya - 14,4 milyard dollar, KT məhsullarının dəyərinin 72%-i.
XARİCİ BORC -1,6 trilyon dollar (Türkiyə və Azərbaycanın xarici borclarının cəmindən 3,5 dəfə çox)
BANK AKTİVİ- 1,2 trilyon dollar. 
VALYUTA-QIZIL EHT.- 690 milyard doll. 
Bank Faizi illik- 2,6%
Bu ölkədə şəhər-kənd problemi, sıxlıq və genişlik, mərkəzi şəhərlərdə tıxac, kəndlərdə palçıq və ya pis yol, şərait çatışmazlığı problemi yoxdur, ən böyük şəhəri Sürixdə əhalinin sayı 409 mindi, paytaxtı Berndə isə cəmi 133 min əhali yaşayır. Kimin harada yaşaması və ya işləməsi üçün əsaslı qadağalar da yoxdur. Yalnız çox ağıllı və düşünülmüş sosial-iqtisadi mexanizm var. Demək İsveçrəlilər bu mexanizmi yaratmağı bacarmışsa, Azərbaycanlılar da bacara bilər, yalnız həvəs və iradə lazımdı.
(İsveçrə kəndi-video).




Ana səhifəyə qayıt        Baxış: 840          Tarix: 2-12-2018, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma