““Patriot”ları alıb-almamaq qərarını Türkiyənin daxili məsələsi olaraq görürük. Ancaq Rusiyanın raket əleyhinə müdafiə sistemləri, xüsusilə də S-400-lər “Patriot”lardan bir çox cəhətdən daha üstündür".
Ovqat.com xəbər verir ki, bunu Rus Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuriy Şvıtkin ABŞ-ın Türkiyəyə 3.5 milyard dollarlıq silah satışına razılıq verməsini şərh edərkən deyib.
ABŞ-ın bu ani qərarını öz hərbi təchizatlarını nümayiş etdirmək kimi qiymətləndirən Şvıtkin burada da haqsız rəqabətin mövcud olduğunu bildirib. Onun fikrincə Türkiyə NATO-nun üzvüdür və bu qərar ona edilən təzyiqdir: “Bütün bunların səbəbi Türkiyənin NATO-da yer almasıdır. ABŞ bir NATO ölkəsini itirmək istəmir".
Şvıtkin ABŞ texniki heyətinin Türkiyədə yerləşdiriləcək S-400 sistemləri haqqında məlumat alma təhlükəsi ilə əlaqədar Kremlin sözçüsü Dmitri Peskovun "Ankaraya güvənməmək üçün heç bir səbəb görmürük" açıqlamasını da şərh edib.
Peskova tamamilə qatıldığını deyən deputat Türkiyənin müqavilə şərtlərini pozacağına inanmadıqlarını vurğulayıb.
Rusiya və Türkiyənin Yaxın Şərq də daxil, oxşar və ortaq maraqlarının olunduğunu düşünən Şvıtkin bildirib ki, "S-400 müqaviləsi təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi yox, eyni zamanda regionda qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq deməkdir".
Paylaş: