Ukraynanın dövlət başçısı Petro Poroşenko yenidən prezidentliyə namizəd olacağını elan etdiyi forumda seçicilərinə Rusiya ilə sülh vədi verib.
Ovqat.com xəbər verir ki, prezident xalqın müharibələrdən yorulduğunu və sülhə ehtiyac duyduğunu etiraf edib:
"Rusiya Federasiyası ilə sülhə ehtiyacımız var. Soyuq, amma qalıcı sülhə".
Seçkilərdə namizədlərin qarşısında dayanan ən vacib suallardan birinin “müharibə, yoxsa sülh” dilemması olduğunu vurğulayan Ukrayna lideri fikrini belə əsaslandırıb:
“Çünki xalq yalnız ölkə başçısını yox, eyni zamanda Baş komandanını da seçəcək".
Poroşenko Rusiya ilə sülhün öz təsəvvüründəki mümkün yollarını da açıqlayıb – hərbi qüdrəti artırmaq. Onun fikrincə, Ukraynada silahlı qüvvələrin gücünün artırılması növbəti beş ildə də prioritet məsələlərdən biri olacaq:
"Yalnız güclü ordu sülhü təmin edə bilər”.
Prezident çıxışında, həmçinin, ölkəsinin 2024-ci ildə Avropa İttifaqına (Aİ) namizədlik üçün müraciət etməyi planlaşdırdığını bildirib:
"Aİ və Ukrayna bu gün heç zaman olmadığı qədər bir-birinə yaxındır”.
Paylaş: