Xəbər lenti

  

“S-400-lərdən 2020-ci ilin aprelində aktiv istifadə etməyə başlayacağıq”.

Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan bu gün keçirilən AKP-nin rayon sədrləri toplantısında belə deyib.

Prezident çıxışında ABŞ-ı soyuq ağılla hərəkət etməyə çağırmağı da unutmayıb:

“ABD'nin akl-ı selim ile davranacağını umuyorum”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo “Bloomberg” telekanalına müsahibəsində Türkiyənin Rusiyadan aldığı “S-400”lə bağlı sualı cavablandırarkən, həqiqətən də ağıllı adamın əsla səsləndirməyəcəyi fikirlər sözləmişdi.

“Açığı, əsas istəyimiz Türkiyənin “S-400” zenit-raket kompleksini işlək vəziyyətə gətirməməsidir”, - deyən  dövlət katibi müttəfiqinin onda hansı məntiqlə bu silahlara milyardlarla dollar pul xərclədiyini nədənsə hesaba qatmamışdı. Ərdoğanın S-400-lərdən aktiv istifadə ilə bağlı konkret zaman açıqlaması və ABŞ-I ağıllı olmağa dəvət etməsi, görünür, Pompeoya verilmiş cavabdır.




Ana səhifəyə qayıt        Baxış: 314          Tarix: 26-07-2019, 18:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma