Türkiyənin Van, Mardin, Diyərbəkir vilayətlərinin bələdiyyə rəisləri işlərindən qovulublar.
Ovqat.com xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirlik işdən qovulma səbəbini terrorizmə qarşı mübarizə ilə əlaqələndirib. Bildirildiyinə görə, bu mübarizə çərçivəsində son zamanlar 2000-ə yaxın olan PKK-çı sayı hazırda 600-ə endirilib. Bu da son 30 ildə ən aşağı göstəricidir.
Bələdiyyə rəislərinin də PKK-ya logistik dəstək verdikərini iddia edən nazirlik bu cür ünsürlərə qarşı mübarizənin genişləndiriləcəyini bildirib.
Türkiyənin polis orqanları son günlərdə 29 rayonda PKK-çılara qarşı böyük əməliyyata başlamış və 418-dən çox şübhəlini göz altına almışdı. Bələdiyyə sədrlərinin həmin əməliyyat çərçivəsində işdən atıldığı bildirilir.
Ovqat.com
Paylaş: