Xəbər lenti

  

Türkiyənin ABŞ-la anlaşaraq Suriyanın şimalında güvənli bölgə yaratmaq istəyinə növbəti etiraz İrandan gəlib.

Ovqat.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Musəvi bu planı təxribat xarakterli (provokativ) adlandırıb.

Xəbəri “Amerikanın səsi” radiostansiyasının Türkçə redaksiyası yayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bənzər bəyanət verərək, Türkiyəyə Suriyada güvənli bölgə yaratmaq istəyirsə, ilk növbədə Bəşər Əsəddən icazə almağı məsləhət bilmişdi.

Həm Rusiyanın, həm də İranın etirazına səbəb olan bu razılaşma ötən həftə Türkiyə və ABŞ yetkilərinin görüşündə qəbul edilmişdi. Tərəflər Suriyanın şimalında güvənli bölgə yaratmaq məqsədilə müştərək hərbi əməliyyat mərkəzi təsis etmək barədə razılığa gəlmişdilər.

Maraqlıdır ki, Suriyanın şimalı ilə əlaqədar ortaq məxrəcə gələn tərəflər arasında da fikir ayrılıqları mövcuddur. ABŞ bölgədəki PKK/PYD qruplaşmasını İŞİD-ə qarşı mübarizədə müttəfiq olaraq görür. Türkiyə isə bölgəni məhz həmin qüvvələrdən təmizləmək üçün hərbi əməliyyatlara başlamaq niyyətindədir. Bütün bu fərqli strategiyalara sahib tərəflərin ortaq əməliyyat mərkəzi yaratmaqla nəyə nail olmaq istədikləri maraq doğurur.

 




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 19-08-2019, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma