Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı alim Qubaq İbadoğlu öz facebook səhifəsində possovet ölkələrdəki orta aylıq maaşlarla bağlı bir çox əzbərləri pozan məlumat paylaşıb.
Ovqat.com xəbər verir ki, paylaşılan siyahıda Azərbaycan 593.8 aylıq orta göstərici ilə yalnız Qırqızıstan, Özbəkistan və Tacikistanı üstələyib.
Acından öldüyünü düşündüyümüz Ermənistandan isə bu sahədə də geri qalırıq.
Daha artıq şərhə yol vermədən Qubad İbadoğlunun həmin statusunu nəzərinizə çatdırırıq:
“ABŞ-da Azərbaycan televiziyalarını izləməsəm də bilirəm ki, hazırda gündəmi zəbt edən əsas mövzu Azərbaycanda sentyabrın 1-dən artan əmək haqlarıdır. Çox güman ki, çıxış edənlər Azərbaycanın əmək haqlarının səviyyəsinə görə lider dövlətə çevrildiyini bəyan edirlər. Odur ki, mən də öz növbəmdə MDB Statistika Komitəsinin və digər mənbələrin əsasında hazırladığım müqayisəli əmək haqqı cədvəlini təqdim edirəm. Buyurun diqqət edin, görün əlahəzrət faktlar nə göstərir və nəticə çıxarın ki, kim düz, kimlər yalan danışır”.
Paylaş: