Donbas (Ukrayna) münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu işğal bölgəsinə xüsusi statusunun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”nu imzalayıb.
Teleqraf.com xəbər verir ki, Belarusun paytaxtında baş tutan görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama yayıb.
“Bölgədəki hərbi birləşmələrin çıxarılması barədə anlaşdıq, hər kəsi təbrik edirəm. Petrovskoye və Zolotoyedəki hərbi birləşmələrin geri çəkilməsi məsələsinin də nəticə verəcəyinə inanırıq”, - Zelenski bildirib.
Prezident Ali Rada tərəfindən hazırlanan yeni qanun layihəsinin Ukrayna Konstitusiyasına uyğun olaraq, Donbasdakı seçkilərdən sonra qüvvəyə minəcəyini vurğulayıb.
Qondarma Donetsk və Luqansk respublikalarının separatçı rejimləri isə Minsk görüşündən sonra açıqlama yayaraq, rəsmi Kiyevin bölgələrin öz müqəddaratını təyin etmək hüququnu tanıdığını bildirib.
Hər iki tərəf Minsk prosesində iştirak edəcəklərini açıqlayıb.
Paylaş: