Xəbər lenti

 

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti (2013-2019), Geologiya və Geofizika İnstitutunun direktoru, akademik, əməkdar elm xadimi Akif Əlizadə AzEdu.az-a  maraqlı müsahibə verib.

Ovqat.com xəbər verir ki, akademik müsahibə zamanı bir sıra məsələlərə toxunub. Onun üzərində durduğu əsas məsələ isə sağlamlığı ilə bağlı olub.

Belə ki, bir müddət əvvəl Prezidentin “70-i ötmüşlər” çağırışına müsbət cavab verən akademik öz postunu bir digər “70-i ötmüşə” – PA-nın sabiq rəhbəri akademik Ramiz Mehdiyevə qapdırdıqdan sonra deyəsən bir az peşmanlamış kimidir. Haqsız da deyil. Əgər bu posta 70 yaş senzini ötən biri gələcəkdisə, Akif Əlizadə niyə istefa verməliydi? Nə olsun ki, o, xələfindən cəmi-cümlətani 4 yaş böyükdür? Axı 80 yaşı keçmişlərdə 4 yaş o qədər də ciddi fərq sayılmır.

Üstəlik, Maşallah, Maşallah, göz dəyməsin, Akif Əlizadə xələfindən fiziki cəhətdən də sağlam görünür. O, ən azı 71 ildir ki, hər gün məşğul olduğu idmanını indi də davam etdirir. Hətta bu xüsusiyyətinə görə, o, Ginnessin “Rekordlar kitabı”na belə düşməyə belə iddialıdır. 4 yaş kiçik olan Ramiz müəllim heç onunla yarış meydanında qaçışa, turnikdə çəkişə, uzağa hoppana bilərmi? Biz hələ üzgüçülük hovuzunda uzaq və yaxın məsafələrə üzməyi demirik.

Bunun məsələyə nə dəxli var, deməyin. 78 yaşlı millət vəkili Arif Rəhimzadənin “mən üzməyi bacarıramsa, deməli cavanam” məntiqli müsahibəsindən sonra bütün 70-i ötmüşlər öz idmançı özəlliklərini nümayiş etdirməyə başlayıblar. Bununla da prezidentə sanki Məşədi İbadın “biz nə qədər qoca olsaq da dəyərik min cavana” həqiqətini xatırlatmağa çalışırlar.

 

Sözsüz ki, akademik Akif Əlizadə müəllim bunları açıq dilə gətirəcək qədər də görgüsüz deyil. Axı o, Məşədi İbad kimi bisavad tacir yox, akademikdir. Amma Akif müəllimin müsahibədə dilə gətirdiyi fikirlərdən 100% bu peşmançılığı və öz “sözəbaxanlığı”nın acı nəticələrinə üsyanı hiss olunur. İnanmırsınızsa, buyurun, 4 dəqidə vaxtınızı ayırıb video-müsahibəyə baxın. Əminik ki, siz də Akif Əlizadənin oxumaq istəyib dilinin ucundan geri qaytardığı məlum mahnının ritmlərini duyacaq və hardasa razılaşacaqsınız da:

 




Ana səhifəyə qayıt        Baxış: 2 265          Tarix: 30-10-2019, 23:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma