Azərbaycanın əhalisi nə qədərdir?
Ovqat.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu bugünkü facebook paylaşımında bu suala aydınlıq gətirib.
O, statistik rəqəmlərə söykənərək, əhalimizın sayı barədə verilən rəqəmləri şübhə alıb:
“Mərkəzi Seçki Komissiyasının sədri məlumat verir ki, bu ilin may ayına Azərbaycanda seçicilərin (18 yaş və ondan yuxarı olanların) sayı 5 milyon 212 min 902 nəfərdir. Əmək və Əhalinin Sosial Müdafiə naziri də deyir ki, ölkədə 2,7 milyon nəfər 0-18 yaşlı uşaq vardır. Beləlikdə də ölkə əhalisinin sayının 7 milyon 912 min 902 nəfər olduğu bəlli olur.
Dövlət Statistika Komitəsinin açıqladığı şanlı məlumata görə, sentyabrın 1-ə Azərbaycan əhalisi 10 milyon 35 min 351 nəfər olub. Əhalinin sayını göstərən bu iki eyni göstərici arasında 2 milyon 122 min 449 nəfər fərq yaranır. Kimə inanaq? Sizcə kim düz danışır? Azərbaycanın əhalisi nə qədərdir?”
Paylaş: