“Belə davam edərsə gələn ilə planlaşdırılan parlament seçkiləri İranda siyasi böhrana yol aça bilər. Bütün bunlar Bütöv Azərbaycan ideyalarının da inkişafı üçün zəmin yarada bilər”.
Ovqat.com xəbər verir ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu bu gün paylaşdığı statusunda belə yazıb.
İranda benzin üsyanını şərh edən iqtisadçının fikrincə, İranın böyük şəhərlərində başlayan etiraz aksiyalarının başlıca səbəbi ölkədə yaşam şərtlərinin getdikcə pisləşməsidir: “Milli valyutanın dəyərsizləşməsi, inflyasiyanın 40 faizə çatması, eləcə də işsizliyin 14 faizi ötməsi əhalini sürətlə yoxsullaşdırıb. Bunun ardınca benzinin qiymətinin 200 faiz bahalaşması və güzəştli qiymətə satılan hissəsinin ayda 60 litrədək aşağı salınması əhalinin səbr kisəsini daşdırıb. Qəzəblənən əhali bəzi əyalətlərdə magistral avtomobil yollarını bağlayır, benzin doldurma məntəqələrini və maşınları yandırırlar, ölən və yaralananlar vardır.
Höküməti yanacağın qiymətini bahalaşdırmağa dövlət büdcəsinin kəsirinin artımı vadar edir. Çünki, kəsirin artmasının səbəblərindən biri də aztəminatlı əhalinin bəzi alışlarının, o cümlədən də yanacağın satışının büdcədən subsidiyalaşdırılmasıdır. Odur ki, İran hökümət yanacağın qiymətini artırmaqla büdcə subsidiyaları azaltmağa çalışır. Buna nail ola biləcəkmi? Əlbəttə ki, yox çünki ABŞ-in iqtisadiyyata tətbiq etdiyi sanksiyaları, ticarətə qoyduğu embarqoları artıq milli iqtisadiyyatı defolt vəziyyətinə çatdırıb, büdcə böhranını şərtləndirib. Belə davam edərsə gələn ilə planlaşdırılan parlament seçkiləri İranda siyasi böhrana yol aça bilər. Bütün bunlar Bütöv Azərbaycan ideyalarının da inkişafı üçün zəmin yarada bilər.
Paylaş: