Xəbər lenti

 

Azərbaycan təhsil sisteminin ermənipərəstliyi hələ iki il əvvəl ortaya çıxmışdı. Xatırlayırsınızsa, həmin il 10-cu sinif «Tarix» dərsliyində xəyali «Böyük Ermənistan» xəritəsi yer almış və bu, sosial şəbəkələrdə ciddi əks-səda doğurmuşdu.

 

Skandal ortaya çıxar-çıxmaz Təhsil Nazirliyi həmin xəritənin yer aldığı kitabları tələsik toplamış və dərslik yenidən dərc olunmuşdu.

Sən demə, bu, təhsil işçilərimizin ilk «ermənipərəstliyi» də deyilmiş. «Böyük Ermənistan» xəritəsi biabırçılığından iki il əvvəl də bənzər skandal gündəmə gəlibmiş. Özü də ilk sknadal kitabın səhifələri arasında gizlənməyibmiş. Maarifçilərimiz öz «erməni sevgilərini» ilk dəfə kitabın üzündə ifadə edib, bu qeyri-məşru eşqlərinin üstü açılandan da sonra isə onu dərsliyin içinə köçürüblərmiş. Yəni bir növ «qanunsuz sevgilərini» gizləyiblərmiş.

Söhbət 2015-ci ildə dərc olunan «Ali məktəblərə hazırlaşanlar üçün Azərbaycan tarixi məlumat kitabı»ndan gedir. Məgər ki, abituriyentlərimiz üçün ölkəmizin tarixi yaddaş kitabı olan dərslik vəsaitinin üzü hələ 4 il əvvəl də Ermənistan bayrağının rənqləriylə bəzənibmış . Ən çox maraq doğuran nüans isə ermənipərəst rəmzləşdirmələrin hər dəfə tarix kitabında ortaya çıxmasıdır. Bu da istər-istəməz sual doğurur: Azərbaycan tarixşünaslığı ermənilərin əlindədirmi?

  

Şəkillərdə: Əhəd Abıyev çaşıb Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağını «sındırmışdı»,

 

 "Ermənipərəst maarifçi"lərimiz isə durnanın düz gözündən vururlar.

 

 

Hərdən “Alov” qülləsi də Əhəd Abıyev kimi “çaşır”


2015-ci ildə təhsil mövsümünə az qalmış ortaya çıxan bu skandaldan Təhsil Nazirliyimiz «kitabın bizə aidiyyəti yoxdur» arqumenti ilə özünə bəraət qazandıra bilmişdi. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuata verdiyi açıqlamasında özlərini bu cür suya çəkmişdi: »Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan «Azərbaycan tarixi» məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib».

Jurnalist araşdırmalarından sonra məlum olmuşdu ki, ciddi polemikalara yol açan və «Didaktika» Nəşriyyatı tərəfində çap edilən həmin kitab ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi kursu və TQDK-nın ali məktəblərə qəbul proqramı əsasında hazırlanıbmış və 3 AZN-ə satılırmış.

 

Təhsil Nazirliyinin özünə bu cür bəraət qazandırmasından sonra hüquq-mühafizə orqanlarımızın «Didaktika» nəşriyyatı barədə hansı ölçünü götürməsindən xəbərsizik. Böyük ehtimalla hər zaman olduğu kimi, bu dəfə də problemin üzərindən sükutla keçib onu unutdurmağa çalışmışlar. Di gəl ki, bizimkilər özlərini nə qədər görməzliyə vursalar da, dostlarımız və düşmənlərimiz hər zaman oyaqdır, dörd gözlə ən xırda səhvimizi incələyir və heç nəyi yaddan çıxarmırlar. Necə ki, dünən erməni mətbuatının gündəmində yenə həmin kitab vardı. Həm də Azərbaycana və Türkiyəyə qarşı ideoloji mübarizə təyinatlı erməni mətbuatında.

https://www.ermenihaber.am/tr/news/2019/12/17/Azerbaycan-Ermenistan-bayrak/172209

Ermenihaber.am saytı dünən dərc etdiyi «Azerbaycan’da Ermenistan bayrağı renklerinde sınava hazırlık kitabı basıldı» sərlövhəli xəbərində 4 il əvvəl olmuş hadisəni yeni məlumat kimi təqdim edərək bildirir: «Beynəlxalq Saxta Erməni İddiaları ilə Mübarizə Dərnəyi» (ASİMDER) adı daşıyan və anti-erməni fəaliyyətlərilə tanınan qurumun sədri Göksel Gülbey «Regionmonitor«un verdiyi xəbərə görə, «Facebook» sosial şəbəkəsində azəricə bir kitabın rəsmini yayınlayaraq yazıb:

 

«Azərbaycanda dövlət yayını kitabının cild rənginin Ermənistan bayrağının rəngində olması təsadüfmü əcəba, Azərbaycanda bu işlər niyə böylə oluyor.»

Sözügedən kitabın şəkli sosial mediada Azərbaycanlı istifadəçilər arasında ciddi mübahisələrə səbəb oldu».

Görəsən, Azərbaycan hüquq mühafizə orqanları xüsusilə tarix dərs vəsaitlərinin hazırlanmasında tez-tez ortaya çıxan və ölkəmizi dosta-düşmənə xəcil edən bu «təsadüf«lərin gerçək səbəbini araşdırmağa özündə güc tapacaqmı?




Ana səhifəyə qayıt        Baxış: 927          Tarix: 18-12-2019, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma