Xəbər lenti

  

İranın əfsanəvi generalı Qasim Süleymaninin ABŞ ordusu tərəfindən öldürülməsindən sonra İranın dini lideri ayətullah Xamanei çox sərt bəyanatla çıxış edib. O, Qasim Süleymaninin qətlində iştirak edən dövlətlərdən ağır qisas alınacağını vurğulayaraq deyib: "Əlləri ötən gecə onun və onunla bərabər şəhid olanların qanına bulaşmış cinayətkarıları çox acı bir intiqam gözləyir. Şəhid Süleymani müqavimətin beynəlxalq simasıdır”

 

Dini liderin bu çıxışından sonra digər önəmli açıqlama SEPAH-ın sözçüsü Ramazan Şərifdən gəlib. Sözçü mətbuat açıqlamasında ABŞ-ın bayramının uzun sürməyəcəyini, tezliklə bu bayramı yasa çevirəcəklərini vurğulayaraq dini liderin fikirlərini təkrarlayıb. R.Şərifin açıqlamasında ən diqqəti cəlb edən nüans isə qısasın necə alınacağına dair ipucları daşıması olub. Sözçü açıq şəkildə bütün İslam coğrafiyasını qisas meydanı olaraq göstərərək deyib: “Bu gündən etibarən müdafiə cəbhəsi (İran ordusu və ona bağlı qüvvələr) bütün İslam ölkələrini ABŞ-a qarşı müharibə meydanına çevirəcək”.

 

Nəzərə alsaq ki, İslam coğrafiyasında İranın şələsi hər yerdə fırlanmır, xüsusilə ərəb liqasına daxil olan ölkələrdə cənub qonşumuza qarşı ciddi təhlükəsizlik çəmbəri qurulub, deməli, rəsmi Tehranın təhdid sahələrinə əhalisinin böyük hissəsi şiə olan dövlətlər daxildir. Azərbaycan da bu qəbildəndir.

  

Üstəlik, rəsmi Tehran  Azərbaycanı İsraillə, ABŞ-la əməkdaşlıqda dəfələrlə ittiham ittiham edib, ölkəmizə qarşı məkrli niyyətini gizlətməyib. 2018-ci il Gəncə hadisələrinin törədilməsində əsas şübhəlinin İran olduğunu hüquq mühafizə orqanlarımız da etiraf etmiş, daha sonra bu iddia cənub qonşumuzda fəaliyyət göstərən “azərbaycanlı legionerlər” tərəfindən də təsdiqlənmişdi. İlahiyyatçı Musa Əsədzadə 2 ay əvvəl etdiyi vieo-çıxışında Azərbaycanda növbəti Gəncə hadisələrinin törədilə biləcəyini bəyanlayaraq, açıq hədəf belə göstərmişdi – “zindanların rəisi Fikrət, bilmirəm, nəyev”. Bununla da bilərəkdən və bilməyərəkdən Gəncə hadisələrinin arxasında İranın barmağı olduğu etiraf etmişdi.

İran “İslamçı legioner”ləri vasitəsilə rəsmi Bakını terrorla təhdid etdi: “Gəncə hadisələrindən şiddətlisi baş verə bilər”

 

 Azərbaycanın təhlükəsizlik orqanları bu amilləri nəzərə alıb öz iş rejimlərini gücləndirməyə çalışmalı və gözlənilən təxribatların qarşısını zamanında almalıdır.

Qeyd edək ki, Süleymaninin qətlindən sonra Azərbaycan legionerlərinin təbliğati işlərini gücləndirdikləri və intiqam mesajları verdikləri də nəzərdən qaçmır. Məsələn, özünü şeyx və Azərbaycan Hüseynçilər hərəkatının lideri adlandıran Tohid İbrahimli bu gün Qasim Süleymani ilə çəkdirdiyi foto-şəkili yayaraq yazıb: “Azərbaycan Hüseynçilər hərəkatı Azərbaycanın müsəlman xalqı tərəfindən başda İmam Zaman (Ə) olmaqla İmam Xameneiyə, bütün İslam dünyasına, qəhrəman İran və İraq xalqına ürəkdən başsağlığı verir və Allahdan bütün müqavimət aləminə səbr diləyir. Biz əminik ki, bu qəhrəmanların intiqam dalğası çox tez bir zamanda İslam düşmənlərinin məhvi və qondarma İsrail rejiminin yer üzündən silinməsi ilə nəticələnəcək. Düşmən bu cinayəti ilə İmam Xameneini təklənməsini düşünə bilməz. Çünki artıq müqavimət ordularının hər üzvü bir Hacı Qasım Süleymani olacaq”.

 

 

Bənzər bəyanatla İrandakı digər azərbaycanlı legionerlər – Orxan Məmmədov və Musa Əsədzadə də çıxış ediblər. Hər 3 legionerin qətl münasibətilə etdiyi müraciətdə “dünyanın hər bir yerində düşməndən qisas alınacağı” vurğulanır. Video-müraciəti təqdim edirik:

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 455          Tarix: 4-01-2020, 02:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma