Xəbər lenti

 

İslam İnqilabının Ali Rəhbəri və xalqın müxtəlif təbəqələrdən olan minlərlə nümayəndəsinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə ABŞ-ın terror cinayətinin qurbanı olmuş İslamın böyük və iftixarlı komandanı şəhid general Hacı Qasim Süleymani, böyük mücahid şəhid Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

Üç qüvvənin rəhbərləri, ordu və ölkənin məsul şəxsləri, İraq nazirləri və məsul şəxslərindən bir neçəsi, müqavimət qruplarının bir qrup nümayəndəsi, xarici dölətlərin səfirlərinin iştirak etdiyi bu mərasimdə İraqın Milli Təhlükəsizlik Şurası və Həşdi-Şabinin rəhbəri cənab Falih Əl-Fəyyaz bu ölkənin əhalisi və bütün məsul şəxsləri adından böyük komandan Hacı Qasim Süleymaninin şəhadəti münasibətilə İslam İnqilabının Rəhbəri və İran xalqına başsağlığı verərək dedi: “Bu əzizlərin pak qanının İraqda, yəni Həzrət Seyyidüş-şühədanın vətənində axıdılması bizim üçün çox ağırdır. İraq xalqı bu cəsur şəhidin itirilməsinin qəmində birləşdi və “Komandan, sənə təşəkkür edirik”, - deyə elan etdilər”.

Cənab Fəyyaz şəhid Əbu Mehdi Əl-Mühəndisin xatirəsini də əziz tutaraq dedi: “Şəhid Əbu Mehdi təkfirlə mübarizədə və İraq əhalisinin təhlükəsizliyinin təmini uğrunda aparılan döyüşdə şəhid Süleymani ilə bir yerdə olub onunla birgə addımladı. Sonda da bu iki şəhidin əti və qanı bir-birinə qarışdı”.

Mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Sədiqi öz çıxışında şəhid general Süleymaninin üstün xüsusiyyətlərini sadalayaraq dedi: “Əziz Hacı Qasim mücahid, tədbirli və zəkalı bir komandan və fateh olmaqla yanaşı, Həzrət Siddiqeyi-Kübradan (s.ə) örnək götürərək vilayətə tam müti və itaətkar olmuşdur. Onun şəhadəti də həyatı kimi İslam və İnqilabın izzətinə səbəb olmuşdur”.

Mərasimdə Qurani-Kərim qariləri Allahın Uca Kəlamından ayələr tilavət etdilər, Əhli-beyt (s) məddahları Həzrət Fatimeyi-Zəhranın (s.ə) müsibətinə həsr edilmiş növhələr oxudular, cihad və Allah yolunun mücahidləri, o cümlədən Süleymaninin üstün cəhətlərindən bəhs edən şeirlər oxudular.




Ana səhifəyə qayıt        Baxış: 599          Tarix: 10-01-2020, 01:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma