Rusiyanın Baş naziri Dimitri Medvedev hökumətin istefasını bəyan edib.
Ovqat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşən Medvedyev hökumətin istefa verdiyini açıqlayib.
Medvedyevin bu təşəbbüsünə etiraz etməyən və indiyədək göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirən Putin onu Təhlükəsizlik Şurasının müavini vəzifəsinə gətirməklə mükafatlandırıb.
Bildirilir ki, Putin yeni hökumət formalaşana qədər ondan işini davam etdirməsini istəyir.
Vladimir Putin bu gün bir sıra konstitusiya islahatlarının ediləcəyini açıqlamışdı. Medvedyevin məhz bundan sonra məlun qərarı verməsi Azərbaycan Prezidentinin 70 yaş senzi ilə əlaqədar sifahi göstərişindən dərhal sonra Baş nazirin müavini Hacıbala Abutalıbovun İlham Əliyevlə görüşüb istefa ərizəsini təqdim etməsinə bənzəyib.
Paylaş: