Xəbər lenti

 

“Xarici hərbi qüvvələr ölkədən çıxacağı təqdirdə İraqda Suriya ssenarisi təkrarlana bilər”.

Ovqat.com xəbər verir ki, bunu İraqın keçmiş Baş naziri və Vətəniyyə Koalisiyasının lideri İyad Əllavi dünən keçirdiyi mətbuat konfransında deyib.

Onun fikrincə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanı İraq İŞİD-ə qarşı mübarizədə kömək üçün çağırıb: “Qərar verənlər başqaları deyil, İraqdır. Ölkə regional və beynəlxalq güclər üçün açıq bir arena ola bilməz".

Keçən həftə deputatlıqdan istefa edən Əlavi ölkədə baş verənlərə "məhəl qoyulmamasına" təəccüblənib: "Bu cəhalət İraqı beynəlxalq və regional varlığın əsiri etdi."

Əllavi İraq hökumətinin neft gəlirlərindən ibarət olan və ölkənin milli büdcəsinin 90 faizini təşkil edən pulunun ABŞ Mərkəzi Bankının Federal Ehtiyatlar (Fed) hesabında saxlanıldığını xatırladaraq deyib: "Bunun üçün kim məsuliyyət daşıyır və ağır nəticələrini kim öz üzərinə götürəcək? İqtidardakıların bu məsələdə rolu nədir? İraq bu bataqlığa saldıqdan sonra niyə səsləri çıxmır?”

Xatırladaq ki, Qasim Süleymaninin Bağdadda öldürülməsindən sonra İraq parlamenti xarici hərbi qüvvələrin ölkəni tərk etməsi barədə qərar qəbul etmişdi. 2003-cü ildən bəri İraqda ABŞ və müttəfiqlərinin qoşunlarının yerləşdiklərini nəzərə alsaq, Əllavinin bu sözlərlə kimin tərəfini tutduğu məlum olur. İraq parlamentinin həmin qərarından sonra ABŞ mətbuatının yazdığına görə, Vaşinqton İraq rəsmilərinə mesaj göndərərək, ya qərara yenidən baxmağı məsləhər görmüş, ya da İraqı FED-dəki hesablarına blok qoymaqla təhdid etmişdi.

Görünən budur ki, Əllavi təhdidi ciddi qəbul edir və parlamentin sözügedən qərarını düşünülməmiş addım kimi qiymətləndirir.




Ana səhifəyə qayıt        Baxış: 671          Tarix: 16-01-2020, 00:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma