Xəbər lenti

  

Üç gün əvvəl İran parlamentinə və ayətullah Xomeyni məqbərəsinə silahlı hücum edən terrorçuların əməliyyatdan əvvəl çəkdirdikləri video yayılıb.

Ovqat.com-un İran mətbuatına istinadən bildirdiyinə görə, videoda xalça üzərində oturan üçü maskalı, 5 terrorçudan biri ərəbcə dua oxuduqdan sonra kürd dilində danışmağa başlayıb və insanları cihada çağırıb.

İrandakı əməliyyatdan sonra sıranın Səudiyyə Ərəbistanına gəlib çatacağını bildirən həmin şəxs, yalnız Allah üçün vuruşduqlarını bəyan edərək deyib:

“Böyük Allahın istəyi ilə bizim dəstə İranda cihada start verir. Ümid edirik ki, əziz qardaşlarımız bu cihada qoşularaq bizim yandırdığımız bu şamı söndürməyəcək, rafiziləri (şiələri) təkfir etməkdə və onları hamıya tanıtdıraraq qətlə yetirməkdə zərrə qədər tərəddüdə yol verməyəcəklər.

Hamı bilməlidir ki, islam dövlətinin əsgərləri yalnız uca tanrının əsgərləridir və yalnız onun üçün vuruşurlar. Onlar heç kəsin muzdlusu və nökəri deyil, yalnız Allahın və onun peyğəmbərinin əmrini yerinə yetirirlər. Biz, yalnız Allahın və onun peyğəmbərinin sözünü qəbul edir, onlar üçün döyüşürük, İran və Səudiyyə Ərəbistanı üçün yox. Bu gün onların (İran şiələrinin) fitnəsi Mosula, Suriyaya, Yəmənə və Liviyaya qədər gəlib çatıb. Onlar hər yerdə müsəlmanların və islamın qarşısında dayanırlar. Şübhə yoxdur ki, onlar Orta Şərq yəhudiləri ilə əlbirdir. Pərvərdigarın izni ilə cihada başlayın və bütün ölkələrdə müsəlmanların qanını tökən rafizilərin qanını tökün”.

[media=https://www.youtube.com/watch?v=uYWNbzVD8Q4&feature=youtu.be&app=desktop]




Ana səhifəyə qayıt        Baxış: 3 381          Tarix: 10-06-2017, 22:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma