ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatının Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə bağlı apardıqları "exit-poll"un nəticələri ilə seçkidən 12 gün qabaq MŞ-nın sədri Cəmil Həsənlinin siyahısı böyük ölçüdə üst-üstə düşüb.
Ovqat.com xəbər verir ki, bu iki siyahı arasında cəmi 4 fərq var. Bunlar birini Cəmil Həsənlinin özü də şübhə altına alaraq qarşısına sual işarəsi qoymuşdu. Söhbət 113 saylı Şəki şəhər seçki dairəsindən gedir. Cəmil Həsənlinin siyahısında Məmmədzadə Tünzalənin, “exit-poll”-un nəticələrində isə İsgəndərov Vüqarın adı görünür.
Digər 3 dairədə fərqlər isə bu cürdür:
Cəmil Həsənlinin siyahısında:
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi Cəfərov Natiq;
31 saylı Suraxanı ikinci seçki dairəsi Quliyev Fərəc;
46 saylı Şirvan seçki dairəsi Camalov Rəşad.
“Exit-poll”-un nəticələrində:
12 Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi - Xasiyeva Səbinə;
31 Suraxanı ikinci seçki dairəsi - Əliyev Etibar;
46 saylı Şirvan seçki dairəsi - İltizam Yusifov.
Nəzərə alsaq ki, 3 rəqəmi 125-in 2.4%-dir, Cəmil Həsənlini “uzaqgörən” siyasətçi adlandıra bilərik.
Qeyd:
“Uzaqgörən” sözünü ona görə dırnaq arasında yazırıq ki, professor bu siyahını proqnoz kimi deyil, hökumət dairələrindən əldə etdiyi məlumat kimi yayımlamışdı.
Paylaş: