“Türkiyə İdlibdəki 12 müşahidə nöqtəsindən heç birini boşaltmayacaq”.
Ovqat.com xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Xülusi Akar Associated Press xəbər agentliyinə açıqlamasında bildirib.
O, Türk əsgərlərinə Suriyanın hərbi nöqtələrə hücumlarına qarşı “qüvvətli mislləmə” təlimatı verildiyini də gizlətməyib.
Rusiyanı Əsəd rejimi üzərindəki təsirindən faydalananar atəşkəs sazişinə hörmətlə yanaşmasını təmin etməyə çağıran X.Akar deyib: "Rejim ünsürlərinin M5 quru yolundan dərhal geri çəkilmələrini istədik və bunu istəməyə davam edəcəyik. (Rusiyadan) İstəyirik ki, rejimin hücumlarının dərhal dayandırılmasını, atəşkəs rejiminə əməl olunmasını və insanların evlərinə və torpaqlarına dönmələrini təmin etsin."
Türkiyənin İdlibdəki məqsədinin 2018-ci ildə müzakirə edilmiş olan atəşkəs razılaşmasını (Soçi uyğunlaşdırılması) dəstəkləmək və bir köç dalğasını qarşısını almaq olduğunu vurğulayan Müdafiə naziri NATO-dan gözləntilərini də dilə gətirib: “Əsəd rejiminin İdlibdəki təcavüzü dayandırmaq üçün "konkret" hərəkətə keçilməlidir. Əks halda Avropanı və hüdudlarını təhdid edəcək yeni bir qaçqın dalğası başlaya bilər. NATO ölkələri, NATO, Avropa və dünya buna Əsəd rejiminin İdlibdəki hücumlarına daha yaxından nəzər salmalı, ciddi və konkret dəstək verməlidirlər. Evlərini və ailələrini itirən insanlar ümidsizlik içində nələrsə etməyə çalışırlar və bu radikalların əllərini gücləndirir və radikallaşmaya zəmin yaradır".
Qeyd edək ki, Xülusi Akar bu sözləri NATO Müdafiə nazirlərinin toplantısına qatılmaq üçün getdiyi Brüssel səfəri öncəsı dilə gətirib.
Paylaş: