Xəbər lenti
إقبال جماهيري كبير وتوقعات بحصد الحزب الحاكم غالبية المقاعد

Bu günlərdə milyonlarla Azərbaycan vətəndaşı 125 seçki dairəsinin 5442 seçki məntəqəsinə axışaraq, parlamentdə görmək istədikləri namizədlərə səs verib. Bu seçici fəallığı ölkənin hərtərəfli çiçəkləsinin, böyük inkişaf yolunun davam etdirilməsi arzusunda olan vətəndaşların əzmini göstərir.

Ovqat.com xəbər verir ki, Birləşmir Ərəb Əmirliyinin “Əl-Fəcr” nəşri “Azərbaycan yeni inkişaf-quruculuq mərhələsində gəncləşmiş parlamentə etibar edir” sərlövhəli yazısında belə deyilir.

Yazıda daha sonra qeyd olunur: 

Seçki günü xüsusilə demokratiya yolunda öz milli vəzifələrini yerinə yetirmək, vətənin inkişafına töhfə vermək, onu ən mütərəqqi dövlətlər sırasına çıxarmaq, bayrağını bütün beynəlxalq təşkilatlarda dalğalandırmaq istəyən gənclərin gözlərində böyük sevinc, həvəs görünürdü.

Əksəriyyətin fikri budur ki, parlament seçkisinin son nəticəsi xalqın qələbəsidir. Söz sahibi məhz xalqdır və o əldə edilmiş nailiyyətləri qorumaq əzmindədir. Eyni zamanda, xalq öz yeni parlamentini seçməklə, millət vəkillərinin çiyinlərinə də məsuliyyət yükləyib. İndi, vətəni inkişaf etdirmək üçün çalışmaq, fəal olmaq lazımdır. Çünki Azərbaycan arzularını hələ tam reallaşdırmayıb. Hər bir vətəndaş – istər seçkidə qələbə qazananlar, istər qazanmayanlar – bundan sonra da ölkənin sabahı üçün, gələcək nəsillər naminə çalışacaq.

Azərbaycanda siyasi ab-havanı müşahidə etdikdə budəfəki parlament seçkisinin əvvəlkilərindən fərqləndiyini açıq-aydın görünürdü. Budəfəki seçki demokratik və siyasi islahatların davam etdirilməsi yolunda böyük addım sayılır. O, ölkənin gələcəyinin qurulmasında gənclərin fəal iştirakı baxımından da önəmlidir. Azərbaycan rəhbərliyi ölkənin inkişaf planında gənclərə böyük əhəmiyyət və üstünlük verir. Rəhbərlik hesab edir ki, gənclərin layiq olduqları yeri tutması üçün lazımi şərait yaradılmalıdır. Məhz onların iqtisadiyyatı irəli apara, ölkənin tərəqqisinə töhfə verə, bayrağını bütün beynəlxalq təşkilatlarda dalğalandıra biləcəyinə inam böyükdür.

Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən bəri bürokratik aparatın inkişafı sahəsində əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu davam etdirir. Məqsəd ölkənin, dövlət təsisatlarını müasirləşdirmək, müasir dövrün tələblərilə ayaqlaşmaqdır. İlham Əliyevin hədəfi Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qaldırmaqdır. O, bu işdə artıq böyük uğur qazanıb. İndisə dövlət başçısı gəncləri bu prosesdə yaxından iştiraka təşviq edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə irəli sürdüyü namizədlərin böyük qismi əvvəlki seçkilərdə iştirak etməmiş gənclərdir.

Şübhəsiz ki, Azərbaycan rəhbərliyi bu işləri görməklə, təkcə gənclərin siyasi arenada fəallaşmasına çalışmır. Məqsəd həm də daha uca hədəfə – ölkənin bütün vətəndaşlarının baş verən dəyişikliklərdə iştirakına nail olmaqdır. Görülən işlər insanlarda vətənpərvərlik hissini gücləndirmək, vətənin adını uca tutmaq, dünyadakı mövqeyini möhkəmləndirmək, cəmiyyətin bütün təbəqələrini vətənsevərlik ideyası altında birləşdirmək məqsədilə atılan mühüm addımlardır.

Azərbaycan parlamentinə keçirilmiş seçkini “əl-Fəcr” qəzetinin əməkdaşları da müşahidə edib. Onlar həm paytaxt Bakıda, həm də Quba şəhərində bir neçə seçki məntəqəsində olublar. Əməkdaşlarımız seçkinin şəffaf və təmiz keçdiyinin şahidi olub, seçici fəallığının nə qədər yüksək olduğunu şəxsən görüblər. Paytaxtda şaxtalı havaya, Qubada isə hətta güclü qar yağmasına baxmayaraq, seçici fəallığı həqiqətən yüksək olub. Seçki məntəqələrində səsvermə üçün yaradılmış şərait də yüksək səviyyədə idi. Bir şəxsin təkrar səsverməsinin qarşısını almaq üçün müasir cihazdan istifadə olunurdu. Seçici səs verməyə adı siyahı ilə tutuşdurulduqdan, adının qarşısına səs verdiyini təsdiqləyən imzasını atdlqdan sonra buraxılırdı. Qapalı yerdə səsini verən şəxs sonda bülleteni hər kəsin gözü qarşısında qoyulmuş qutuya atırdı. Bir sözlə, prosesin kifayət qədər sadə, heç bir müdaxilə olmadan, nümunəvi şəkildə gerçəkləşdiyini söyləyə bilərik.

Müşahidələrimiz bir daha göstərdi ki, Azərbaycan xalqı ölkənin gələcəyinə inanır, rəhbərliyinə etibar edir. İnsanlar ölkə rəhbərliyinin qarsıya çıxa biləcək hər bir çağırışa cavab verə, mövcud sabitliyi qoruyub saxlaya biləcəyinə əmindir. Xalq inanır ki, ölkə rəhbərliyi müxtəlif sahələrdə hərtərəfli inkişafı davam etdirəcək. Yəqin ki, səsvermə günü müşahidə olunan seçici fəallığının əsas səbəbi də məhz bu idi.

Azərbaycan cəmiyyəti hakim Yeni Azərbaycan Partiyasının yeni parlamentdə də yerlərin çoxunu qazanacağını gözləyirdi. Çünki vətəndaşlar siyasi müstəvidə əldə olunmuş konkret nailiyyətləri, o cümlədən ölkənin beynəlxalq arenada layiqli yerini tutmasını, iqtisadi sahədə, xüsusilə vətəndaşın məişət şəraitinin yaxşılaşdırılması bu partiya ilə bağlayırlar. Azərbaycanın bu illər ərzində əldə etdiyi böyük inkişaf dünyanın aparıcı maliyyə institutlarının hesabatlarında da öz əksini tapır.

Bu mənada, cəmiyyətin bütün yaş qruplarından olan nümayəndələri parlamentdə onları ən yaxşı təmsil edəcək namizədə səs verməyi özünə borc bilib. Onlar əmindirlər ki, seçki, əksər üzvünün ölkə bayrağını daşıya biləcək bacarıqlı gənclərdən təşkil olunacaq yeni parlamentin formalaşması ilə nəticələnəcək.

Bu dəfə ölkədə seçmək hüququ olanların sayı 5 milyon 329 min 460 nəfər idi. Mərkəzi Seçki Komissiyası (MSK) digər təşkilatlarla birlikdə seçki prosesində iştirak etmək istəyənlər üçün geniş maarifləndirmə kampaniyası aparmışdı. Kampaniyada çərçivəsində media treninqlər (seçkilərin KİV-də işıqlandırılması), eləcə də seçki zamanı daxil ola biləcək hər hansı şikayət, pozuntu ilə bağlı məsələlərin araşdırılması, seçki mübahisələrinin həlli üzrə məşğələlər keçirilib.

Seçki komissiyalarının üzvləri üçün də xüsusi treninqlər, həmçinin İKT mütəxəssisləri üçün seminarlar təşkil edilib. Seçkilər zamanı polisin xidməti vəzifəsini yaxşı yerinə yetirməsi məqsədilə Daxili İşlər Nazirliyilə birlikdə konfranslar və seminarlar da təşkil olunub. Bundan başqa, həbsxana və müvəqqəti saxlanma yerlərində səsvermənin təşkililə bağlı Ədliyyə Nazirliyilə birlikdə seminarlar keçirilib.

Seçki prosesində şəffaflığın təmin olunması üçün isə müxtəlif tərəfləri təmsil edən 89 min 676 şəxsə müşahidəçi statusu verilmişdi. Prosesi 883 beynəlxalq müşahidəçi də izləyib. Yerli müşahidəçilər arasında 24 siyasi partiyanı təmsil edən 35 min 152 nəfər, 21 qeyri-hökumət təşkilatından olan 2737 nəfər yer alıb. Prosesi həm də 132 xarici KİV-i təmsiledən 199 nəfər müşahidə edib. Siyasi partiyaların 7690 üzvü seçki komissiyalarında məşvərətçi hüquqa malik olub.

1000 seçki məntəqəsində veb-kameralar belə, quraşdırılmışdı. İnternet istifadəçiləri bütün ölkəni əhatə edən kameralar vasitəsilə prosesi müstəqil şəkildə, heç bir kəsinti olmadan, heç bir qeydiyyata düşmədən izləyə bilirdilər.

Dövlət xüsusi ehtiyacı olan insanların seçkilərdə iştirakını təmin etməyi də unutmamışdı. Onlar üçün rahat şərait yaradılmışdı – 1389 seçki məntəqəsində u insanların rahat hərəkəti üçün xüsusi pilləkənlər quraşdırılmış, görmə qabiliyyəti zəif insanlar üçün isə seçki bülletenləri “Brayl” üsulu ilə çap edilmişdi.

Şərif əl-Bəsil

Əl-Fəcr, BƏƏ

12.02.2020 




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 14-02-2020, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma