Fevralın 9-da Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilib…
Xatırladaq ki, 5 dekabr 2019-cu ildə Milli Məclis buraxılandan və fevralın 9-da növbədənkənar seçkilər təyin olunandan 4 gün sonra, yəni, 9 dekabr 2019-cu ilə tarixdə Ali Məclisin sədri Vasif Talıbov rəhbərlik etdiyi qurumun buraxılması barədə sərəncam imzalayıb.
Bundan sonra Ali Məclisə seçkilərlə bağlı hər hansı məlumat yayılmayıb. Nə qeydiyyat, nə də təbliğat və təşviqat mərhələsində Ali Məclisdə təmsilçilik uğrunda yarışanlar barədə məlumat verilib.
Yalnız səsvermə günü, yəni, fevralın 9-da Naxçıvan KİV-də Naxçıcan Ali Məclisinin sədri Vasif Talıbovun səsvermədə iştirak etməsə barədə xəbər yerləşdirilib.
Həmin xəbərdən məlum olur ki, Ali Məclisə 45 seçki dairəsindən dairədən 140 namizəd qeydə alınıb. Namizədlərin kimliyi barədə məlumat yoxdur. Qaliblərin adları da sirr saxlanılır.
Ali Məclisin, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MSK) veb-səhifələri və Muxtar Respublikanın rəsmi orqanı olan “Nuhçıxan” agentliyi də bu barədə susur. Azərbaycan MSK da nədənsə özünü Ali Məclisə seçkilərdən xəbərsiz kimi aparır. \\Yeni sabah
Paylaş: