Xəbər lenti

 

ABŞ, İngiltərə və Almaniya BMT TŞ-da Suriya rejimini Türkiyənin İdlindəki müşahidə postlarına hücumlara son verməyə çağırıb.

Ovqat.com xəbər verir ki, BMT TŞ-nın digər üzvlərinin hansı mövqe tutduğu bildirilmir.

Qeyd edək ki, BMT TŞ qurumun adından beynəlxalq hərbi əməliyyat və sanksiya qərarı verən yeganə orqandır. Bu orqan 5 daimi, 10 müvəqqəti üzvdən formalaşır. Yalnız daimi üzvlərin qərarlara veto qoymaq hüququ var. Müvəqqəti üzvlər isə bir növ məşvərətçi səs hüququ ilə BMT TŞ-da təmsil olunurlar. Hər il quruma beş müvəqqəti üzv 2 illiyinə seçilirlər. Suriya rejimini İdlibdəki müşahidə postlarına hücumu dayandırmağa çağıran Almaniya da müvəqqəti üzvlərdəndir və 2019-cu ilin yanvar ayında bu posta layiq görüldüyündən bu il missiyası tamamlanır. Müvəqqəti üzv olduğu üçün hər hansı çağırışı da böyük məna ifadə etmir.

Məlumatdan belə aydın olur ki, həlledici səs hüququna malik olan 5 daimi üzvdən yalnız 2-si – ABŞ və Böyük Britaniya Türkiyənin lehinə səs verib. Digər 3 daimi üzv isə veto hüququndan istifadə edib. Bu isə o deməkdir ki, BMT TŞ-nın trubinasından səslənən çağırışın heç bir hüquqi əsası yoxdur və sadəcə mənəvi dəstək kimi əhəmiyyət daşıyır.  

 

Əslində Çin və Rusiyanın bu çağırışa qoşulmaması gözlənilməz deyildi. Bu zamanadək Suriya və Yaxın Şərq ölkələri ilə bağlı ABŞ-ın planlarının müzakirəsində hər iki ölkənin bənzər mövqe tutduqları müşahidə olunub. Bugünkü müzakirələrdə Fransanın da həmin iki dövlətə qoşulması sürpriz kimi görünsə də, Makron hakimiyyətinin Türkiyəyə və ABŞ-a qarşı çıxışları son vaxtlar daha tez-tez qarşımıza çıxır. Xatırlayırsınızsa, ötən il də Fransa prezidenti Türkiyəyə əleyhinə çıxışları ilə yadda qalmış, NATO-nun beyin ölümü keçirdiyini bildirmiş və Avropa ölkələrini öz hərbi alyansını yaratmağa çağırmışdır.

Görünən budur ki, Fransanın səyləri nəticəsində NATO həqiqətən də beyin ölümü keçirir və o, artıq öz üzvlərinin milli maraqlarını diqqətə almır. Halbuki NATO-nun əsas cazibədar tərəfi də elə üzvlərinin birgə müdafiəsidir. NATO Nizamnaməsinin 5-ci maddəsinin bu tələbi ilk və son dəfə 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra Əfqanistana qarşı tətbiq olunub. O gündən-bu günə NATO kollektiv müdafiə barədə qərar verə bilmir.




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 19-02-2020, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma