Xəbər lenti

 

Türkiyənin onlarla əsgərinin İdlibdə bombardıman edilməsindən sonra beynəlxalq münasibətlərdə ciddi gərginlik yaranıb.

Ovqat.com-un məlumatına görə, Türkiyə NATO Nizamnaməsinin 4-cü maddəsini əsas gətirib Alyansı fövqəladə toplantıya çağırıb.

NATO-nun Baş katibi Cens Stoltenberqin məlumatına görə, yaxın saatlarda ittifaq dövlətləri bu təklifi müzakirə edəcəklər.

Qeyd edək ki, Nizamnamənin 4-cü maddəsinə görə, üzv dövlətlərdən hər biri ərazi bütövlüyünün, suverenlyinin və ya milli təhlükəsizliyinin təhdid edildiyini düşündükdə, digər müttəfiqlərini müzakirəyə çağıra bilər.

Türkiyəyə Almaniya və ABŞ-dan da dəstək bəyanatları gəlib. Almaniyanın Xarici İşlər naziri Heiko Maas Moskvanın və Dəməşqin İdlibdə insanlıq suçu törətdiyini bəyan edib. Onun sözlərinə görə, mülki şəxslərə “keyfi hücumlar” savaş suçudur və bu cinayəti törədənlər dərhal geri çəkilməlidirlər.

 

Ən ciddi bəyanatı səsləndirən isə gözlənildiyi kimi, ABŞ olub. ABŞ Dövlət Departamentinin gərginliklə bağlı verdiyi bəyanatında qeyd edib ki, Türkiyə ABŞ-ın NATO müttəfiqidir və Vaşinqton bu çətin gündə Ankaranın yanındadır.

 “Biz imkanlarımız daxilində Türkiyəyə əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bunun üçün hazırda hərtərəfli plan üzərində çalışırıq. Hadisələrin gedişatından xəbər tutmaq üçün mütəmadi olaraq Türkiyə tərəfi ilə əlaqədəyik. Əgər edə biləcəyimiz hər hansı bir kömək olarsa, buna hazırıq. Amma bölgədə sülhün qorunması üçün Əsədi rejimini, Rusiya və İranın dəstəklədiyi qüvvələri bu xain hücumları dayandırmağa çağırırıq”, - bəyanatda qeyd olunub.

Rusiya da boş dayanmır. İnterfaks Xəbər Agentliyinin məlumatına görə, Türkiyənin çağırışı ilə NATO ölkələri İdlib məsələsini müzakirə etmək üçün toplandığı bir zamanda Rusiya Suriyanın sahillərində kruiz raketləri silahlanmış "Admiral Makarov" və "Admiral Qriqoroviç" adlı iki freqat göndərib.

 

Rusiya Qara Dəniz Donanmasının sözçüsü Aleksey Rulyov freqatların İstanbul və Çanaqqala boğazlarından keçərək Aralıq dənizinə göndərildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi İdliblə bağlı verdiyi bəyanatında Türkiyənin əsgərlərinin koordinatları barədə Rus ordusuna məlumat vermədiyini vurğulayıb.

Açıqlamada Rusiya qırıcı təyyarələrinin Türk əsgərlərinin yerləşdiyi bölgəyə hava zərbələri etmədiyi də iddia olunub.

Dünəndən başlayan İdlib müharibəsində Suriya ordusunun da böyük itki verdiyi bildirilir. Türkiyə Milli Müdafiə naziri Xülusi Akarın bildirdiyinə görə, 200-dən artıq hədəfin nişan alındığı cavab atəşində 309-dən çox düşmən əsgəri öldürülüb, 10-larla hərbi texnika sıradan çıxarılıb: “Bu atışlar nəticəsində 5 vertolyot, 23 tank, 10 zirehli maşın, 23 silah və müxtəlif növ və çaplı hetzers, 5 sursat maşını, SA-17, SA-22 hava hücumundan müdafiə sistemi, 3 sursat anbarı, 2 material anbarı, 1 qərargah binası və 309 rejim hərbi zərərsizləşdirilib".




Ana səhifəyə qayıt        Baxış: 2 733          Tarix: 28-02-2020, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma