Türkiyənin İdlibdə apardığı hərbi əməliyyatlarda indiyədək 4 minə yaxın Suriya hərbçisi öldürülüb. Onlar arasında İranın SEPAH korpusuna bağlı əsgər və sabitlərinin də olduğu iddia edilir.
Ovqat.com-un Suriya türkmənlərindən aldığı məlumata görə, öldürülənlər arasında SEPAH generalı da var. İddia olunur ki, bu, Ukraynaya məxsus təyyarənin vurulması ilə dünyada tanınmış Hava-Kosmik Qüvvələri komandiri general Əmir Əli Hacızadədir.
Xatırladaq ki, təyyarə insidenti ortaya çıxanda general Hacızadə xəcalətdən ölmək istədiyini və taleyi barəsində rəsmi Tehranın verəcəyi istənilən qərara razı olacağını söyləmişdi. İddialara görə, İran rəhbərliyi generalı həqiqətən cəzalandırıb və onu Suriyaya ön cəbhəyə göndərib. Suriyanın İdlib əməliyyatına da məhz general Əmir Əli Hacızadənin rəhbərlik etdiyi bildirilir.
Paylaş: