Xəbər lenti

  

Dağıstan rəhbəri Azərbaycanla suların bölüşdürülməsi müqaviləsinin dəyişdirilməsini tələb edir

Dagıstan Respublikasının başçısı Vliadimir Vasilyev bu diyarda səfərdə olan Rusiya prezidentinin müşaviri Ruslan Edelqereyevlə  görüşüb.

Ovqat.com xəbər verir ki, görüş zamanı Vladimir Vasilyev regionun klimatik dəyişikliklərə adaptasiyası planının hazırlanması məsələsini qaldırıb.

Prezidentin müşaviri də öz növbəsində Dagıstanın su çatışmamazlıgından əziyyət çəkdiyindən, meliorasiya problemi yaşadığından xəbərdar oldugunu və hər bir subyektin sərhədyanı subyektlərlə bu məsələlərin müzakirəsinin və problemlərin həllində fəaliyyətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Bunun cavabında  Vasilyev  Samur çayı hövzəsindəki resursların bölüşdürülməsi probleminə toxunub. O bildirib ki, İldən-ilə Dagıstanda yagmur səviyyəsi aşağı düşür, yerüstü su resursları tükənməkdədir: “İndi qonşu dövlətlə su probleminin həlli məsələsinə yenidən baxılmasının vaxtı gəlmişdir”.

 

Qeyd edək ki, AR və RF arasında baglanan 28 avqust 2010 tarixli 1416 saylı sərhədlərin delimitasiyası və su resurlarının istifadəsi və qorunması haqqında müqaviləyə əsasən, Samur çayının sağ hissəsindən keçən sərhəd xətti çayın tam ortasına dəyişdirilmiş və tərəflər çayın su resurlarının bərabər paylarda istifadəsi və ekoloji su atıqlarının nisbətinin 30,5 % təyin olunması yönündə razılaşmışdırlar.

Onu da vurğulayaq ki, Azərbaycan Cənubi Qafqazın ən az şirin su ehtiyatlarına sahib olan ölkəsidir. Regionun ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28 %-i Ermənistanın, yalnız 10 %-i isə Azərbaycan Respublikasının payına düşür. Acınacaqlıdır ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, post-sovet məkanında su ehtiyatı baxımından da ən kasıb ölkələrindən sayılır. Su qıtlığına görə ölkəmiz Türkmənistan, Moldova, Özbəkistandan sonra 4-cü yerdə qərarlaşıb.

Bu da azmış kimi, bizə çatan suyun 74%-ni Araz, Kür və Samur çayı kimi xarici mənbələrdən alırıq. Özümüzdə meydana gələn 30%-lik su ehtiyatımızdan da səmərəli istifadə edə bilmirik. Əsasən yağış suyundan ibarət olan bu ehtiyatımızın böyük qismi axıb Xəzərə qarışır. Müstəqillik illərindən etibarən bəzi su anbarları inşa olunsa da, su ehtiyatlarımızın lazımi səviyyədə toplanmasını tam həyata keçirə bilməmişik. Bu da ölkə iqtisadiyyatının prioriteti elan olunan aqrar sektorun inkişafında ciddi əngələ çevrilir. Qonşu dövlətlərin ortaq su mənbələrimizdən daha çox istifadə etməsi isə qıtlıq ehtimalını daha da artırır. Rusiyanın Samur çayı ilə bağlı son mesajı da buna işarədir və “cızığınızdan çıxsanız, sizi suyla imtahana çəkə bilərik” anlamına gəlir.

Ovqat.com.




Ana səhifəyə qayıt        Baxış: 1 814          Tarix: 7-03-2020, 02:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma