Ötən həftəni 45.27 $/Bar.-lə tamamlayan Brent markalı neft bu həftəyə 38.03 $/Bar.-lə başlayıb.
Ovqat.com xəbər verir ki, qara qızılın ucuzlaşması qısa zaman ərzində 31.27 $/Bar-ə qəfər düşüb.
Hazırda 33.90 $/Bar-dən satılan “Brent”-in yenidən 30 $/Bar-ə qədər enəcəyi proqnozlaşdırılır.
WTI markalı xam neft üçün də vəziyyət acınacaqlıdır. Bu gün açılışa 34 $/Bar-lə başlayan WTI qısa müddətdə 30 dolların altına düşüb – 29.73 $/Bar. Hazırda isə WTI-nin bir barreli 30.55 dollara satılmaqdadır.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində neftin bir barreli ortalama 55 dollar civarında nəzərdə tutulmuşdu.
Neftin budəfəki ucuzlaşmasının 2 səbəbi var:
- Koronavirus. Bu virus xüsusilə Çin iqtisadiyyatını alt-üst etdiyindən neftə olan tələbat azalmışdır. Neft bazarında təklif tələbi üstələdiyindən ucuzlaşma qaçınılmaz olmuşdur;
- Səudiyyə Ərəbistanının Rusiya və İran iqtisadiyyatını çökdürmək üçün hasilatı azatmaması, əksinə artırması, ixrac etdiyi neftin qiymətini aşağı salması.
Hər iki amilin qalıcı olduğunu nəzərə alsaq, neftin qiymətlərinin daha da aşağı düməsi gözlənilir. Necə ki, ABŞ SSRİ-ni məhz neftin qiymətlərini aşağı düşürən siyasətlərlə dağıtmağı bacarmışdı. 1970-ci illərdə neftin bir barreli 1.8 dollara qədər enmişdi.
Hekayənin təfsilatını ötən həftənin şənbə gün qələmə aldığımız bu yazıdan oxuya bilərsiniz:
Növbəti qlobal iqtisadi böhranımı yaşayırıq? – Koronavirus dəhşəti
Paylaş: