Koronovirus maliyyə və əmtəə bazarlarına da güclü həmlə etdi. 9 mart 2020-ci il, deyəsən, növbəti dünya maliyyə böhranının başlanığıcını qoymaq üzrədir.
Dünya bazarlarının açılışı (Şərq ölkələrində artıq günortadı) bütün maliyyə və əmtəə indekslərinin sürətlə düşməsi ilə başladı. S&P 500 fyüçer indeksi 5%, Nasdaq 4,8%, DOW 30 -1% düşmüş və proses davam edir.
Azərbaycanın yeganə yaşam mənbəyi olan yanacaq məhsullarının qiymətləri (neft və qaz) kəskin surətdə düşdü. Brent neft qiyməti hər barelə bu dəqiqə 29% düşərək 32,1 dollardan, WTI -31,4% düşərək 28,2, qaz 6,76% düşərək – 1,614 dollarda satılır. Digər əmtəələrin qiymətlərində də düşmə az da olsa hiss olunur.
Şimali Amerika və Avropa bazarlarının açılışından elə ciddi meyl dəyişilikliyi gözlənilmir. Kronovirusun neftin qiymətinin 30 dollardan aşağı sala biləcəyini prof.Fikrət Yusifov xeyli əvvəl proqnozlaşdırmışdı. (https://moderator.az/news/313067.html ). Prof. Qubad İbadoğlu da neftin qiymətinin sürətlə düşə biləcəyi və bunun yaradacağı problemləri gündəlik diqqətdə saxlamışdı. Amma bu dəqiqələrdə Goldman Sachs şirkəti brent neftinin bir barelinin qiymətinin 20 dollara qədər enə biləcəyi ehtimalını irəli sürdü.
Hər nə cür olsa da iqtisadiyyatı “qara narkotik”dən tam asılı olan çox kövrək Azərbaycan iqtisadiyyatı üçün ümumdünya böhranı artıq başlamış hesab olunur. Ona görə 2008 və 2014-cü il böhranlarının nəticələrini nəzərə alaraq və bu təcrübədən yararlanaraq hökümətin təcili tədbirlər görməsi məqsədəuyğundur.
Bu böhran da Azərbaycanı ən çox vura bilən iqtisadi hadisədir. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çox daha təhlükəli böhrandı. Amma panikaya düşməyə ehtiyac yoxdur, çünki, hələ bir neçə il iqtisadi prosesləri tam iflasdan qorumaq üçün ölkənin böyük miqdarda ekstra maliyyə ehtiyyatları vardır. Gələcək təlatümlərin qarşısının alınması üçün artıq bu gündən ciddi fəaliyyətə başlamaq zəruridir.
Mənim fikirimcə, hökümətin və parlamentin toplanması və dinləmələrə-müzakirələrə başlaması lazımdır. Prezidentin anti-böhran Şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşmasına ehtiyac vardır. Bu şura yalnız böhrandan çıxış deyil, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatını “qara narkotik”dən (neftdən) asılılıq probleminə birdəfəlik son qoyulması və ölkənin elm və texnoloji inkişaf relsinə keçməsi ilə məşğul olmalıdır.
Əvvəlcədən, bəyan etmək istəyirəm ki, manata qətiyyən toxunmaq olmaz, manatın kursunu dəyişməyə, devalvasiya edilməsinə heç bir şərait və ehtiyac yoxdur. Əksinə psixoloji panik təlatümləri aradan qaldırmaq üçün manatın dəyərinin qorunması üçün ayrıca qanun qəbul olunmalı və manat daha da gücləndirilməlidi.
Dərin hörmətlə, Prof.dr.
Saleh Məmmədov
https://www.investing.com/indices/major-indices
Paylaş: