Xəbər lenti

   

Neftin qiymətlərinin kəskin şəkildə düşməsi əhalini ciddi təşvişə salıb.

Ovqat.com-un məlumatına görə, yenidən devalivasiya yaşanacağından çəkinən insanlar banklara axın edir, əllərindəki milli valyutanı ya ABŞ dollarına, ya da avroya dəyişdirməyə çalışırlar.

Ölkədə xarici valyutaya artan tələbat hökuməti çətin vəziyyətdə qoyub. Çünki bu psixoloji hal hakimiyyətin istəyindən asılı olmayaraq, devalivasiyanın yaşanması anlamına gəlir və adətən böyük iqtisadi tənəzzüllər məhz psixoloji durumdan qaynaqlanır.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan hakimiyyəti gözlənilən bu təhlükənin qarşısını almaq üçün bəzi önləyici tədbirlər almağa başlayıb. Bildirilir ki, artıq banklara xarici valyuta satışları həyata keçirmək qadağası qoyulub. Məcburi hallarda isə xarici valyutalar limitlə satılır. Vətəndaşların öz bankomat hesablarından xarici valyuta çıxarmaq imkanları da məhdudlaşdırılıb. Çünki bankomatlara artıq xarici valyuta yerləşdirilmir.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu tədbiri dünən neftin qiymətləri aşağı düşən kimi həyata keçirmişdi. Azərbaycanın bank sisteminin niyə bir gün yubandığı bu mənada xeyli müəmmalı görünür və ağla 2014-2015-cü ildə yaşanan maliyyə böhranını gətirir. Həmin vaxt da Azərbaycan Mərkəzi Bankı bir gün ləngimiş və iri məmurlar tərəfindən banklardan ciddi xarici valyutalar çəkilmiş, yaxud milli pulla konvertasiya edilmişdi. Həmin dövrdə yaşanan devalivasiyanın başlıca səbəbi kimi bu konvertasiya göstərilirdi.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 884          Tarix: 10-03-2020, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma