Xəbər lenti

 

Türkiyədə koronavirus infeksiyası daha 12 nəfərin ölümünə səbəb olub, bununla da ölənlərin sayı 21 nəfərə çatıb.

Ovqat.com xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, son sutka ərzində 2953 şəxs koronavirus testindən keçib, onlardan 277-nin cavabı müsbət çıxıb.

Onun sözlərinə görə, gün ərzində 277 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 947-yə çatıb.

Qeyd edək ki, son 2 gündə Türkiyədə koronavirus qurbanlarının sayında kəskin artım müşahidə olunur. Dünənə qədər 4 xəstə həyatını itirmişdisə, dünən daha 5 nəfər həyatla vidalaşmışdı. Bu gün isə ölənlər indiyə qədərki itkiləri belə üstələyib: 9+12=21.

 

Həyatını itirənlərdən biri də generaldır. Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının sabiq komandanı, ordu generalı Aytaç Yalman 79 yaşında korona virusdan vəfat edib.

Türkiyənin Səhiyyə naziri dünən yaydığı Twiit-açıqlamada ölənlərin hamısının yaşlı insanlar olduğunu vurğulayaraq, ahıl vətəndaşları ehtiyatlı olmağa çağırmışdı. Belə görünür ki, koronavirus əsasən yaşlıların düşmənidir.

Türkiyədə hazırda minlərlə insan karantində saxlanılır. Təkcə ümrə ziyarətindən qayıdarkən karantinə alınanların sayı 10330 nəfərdir. Onlar Ankara və Konya şəhərlərində yerləşən 5 yataqxanada karantin altına alınıblar.




Ana səhifəyə qayıt        Baxış: 1 565          Tarix: 22-03-2020, 00:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma