Xəbər lenti

 

Yeni il cənub qonşumuz İrana sanki fəlakətlərlə bərabər gəlib.

2020-ci ilin ilk günlərində ABŞ-ın düzənlədiyi sui-qəsd nəticəsində Bağdadda qətlə yetirilən SEPAH generalı Qasim Süleymaninin 40-ı çıxmamış ölkədə koronavirus epidemiyası yayıldı. Hazırda hər 10 dəqiqədə bir nəfərin həyatına son qoyan koronavirusun yaraları sağalmamış bu dəfə qonşu ölkə sel fəlakəti ilə üzləşib.

 

Ovqat.com-un İran mediasına istinadən verdiyi məlumatına görə, dünən ölkənin cənub əyalətlərində güclü yağışlar nəticəsində sel fəlakəti yaşanıb.

İranın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Mujtaba Halidinin verdiyi məlumata görə, fəlakət Fars, Sistan, Bəlucistan, Buşehr və Hürmüzgan əyalətlərində baş verib.

İlkin məlumatlara görə, fəlakət nəticəsində bir çox əyalətlərin infrastrukturuna ciddi zərərlər dəyib. Hadisə yerindən çəkilən video və foto görüntülər selin maşınları və insanları aparacaq qədər güclü olduğundan xəbər verir.

 

 

 

   




Ana səhifəyə qayıt        Baxış: 6 831          Tarix: 23-03-2020, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma