Xəbər lenti

  

96 azərbaycanlını Polşadan təxliyyə edən təyyarə Bakıya enmədən geri qayıtmalı olub.

Ovqat.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Elgiz Nəbili şəxsi ''Facebook"' hesabında bildirib.

Hadisə ilə bağlı Varşavadan canlı yayımla məlumat verən Elgiz Nəbili qeyd edib ki, qaydalara uyğun olaraq əvvəlcədən təyyarənin Bakıda eniş edəcəyi bildirilib. Amma son anda dəyişiklik olub və təyyarəni Lənkərana endirmək istəyiblər: “Lənkərana uçmaq üçün yanacaq ehtiyatı az olduğundan təyyarə geri dönüş edərək Varşavaya qayıdıb. Hal-hazırda sərnişinlər Azərbaycana qayıtmaq üçün gözləyirlər”.

Elgiz Nəbili onu da qeyd edib ki, vətəndaşlar öz şəxsi hesablarına Azərbaycana qayıdırmışlar.

Azərbaycan Respublikasının Polşadakı Səfirliyi isə məlumatı yalanlayıb. Səfirlikdən verilən məlumata görə isə, 27 mart 2020-ci il tarixində “LOT” Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilən Varşava-Bakı reysi səfərini müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb: 

“Bununla belə, LOT şirkəti tərəfindən uçuş barədə məlumatların Azərbaycan Hava Yollarına tam olaraq təqdim edilməməsi səbəbindən müəyyən anlaşılmazlıq yaranıb. Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb”, - səfirliyin rəsmi açıqlamasında belə deyilib.




Ana səhifəyə qayıt        Baxış: 3 581          Tarix: 28-03-2020, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma