Xəbər lenti
Dünən, 19:25

  

Türkiyədə ümrə ziyarətindən qayıdarkən Konyada karantin altına alınan 2 min 200 nəfərin evə buraxılması daha 1 həftə uzadılıb.

Ovqat.com xəbər verir ki, bunun səbəbi zəvvarlardan bəzilərində koronavirus təsbit edilməsidir.

Məlumata görə, karantin müddəti bitən əksər zəvvarların bu gün evə buraxılması gözlənilirdi. Buraxılış sənədlərinin tam hazırlanması sırasında Türkiyənin Səhiyyə orqanları öz fikirlərindən daşınırlar.

Baxmayaraq ki, 14 gündür karantin altında tutulan zəvvarların böyük əksəriyyəti ayrı-ayrı otaqlarda saxlanılırdı. Onlardan yalnız evli olanlara eyni otaqda qalmaq şansı verilmişdi.

Türkiyənin məsələyə bu qədər həssas yanaşmasına baxmayaraq, qardaş ölkədən əldə etdiyimiz bəzi məlumatlar insanı dəhşətə düşürür. Məlumatlara görə, son zamanlar artan ölüm hadisələri ilə bağlı sənədlər saxtalaşdırılır. Sənədlərdə əvvəl göstərilən ölüm səbəbləri sonradan silinir. Bəs məqsəd nədir - korona-qurbanların sayını azaltmaqmı?

 

 




Ana səhifəyə qayıt        Baxış: 2 556          Tarix: 30-03-2020, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma