Xəbər lenti

 

İspaniyada son 24 saatda ölənlərin sayı 838 nəfər olub.

Ovqat.com xəbər verir ki, bu rəqəm ölkədə indiyədək qeydə alınan ən yüksək göstəricidir.

İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə,  bununla da ölkədə koronavirus qurbanlarının sayı 6528 nəfərə yüksəlib. Məluamatda koronavirusa yoluxanların sayında da ciddi artımın qeydə alındığı qeyd olunur. Dünənə qədər ölkədə 72 min  248 nəfər koronavirus daşıyıcısı idisə, son 24 saatda bu rəqəm 78 min 797-yə çatıb.

Ölkədə ölən və xəstələnənlərin sayının artması dünən gecə Baş nazir Pedro Sançezi televiziya ekranlarına çıxmağa vadar edib. O, xalqa səslənərək 2 həftə daha evdə qalmağa çağırıb. Baş nazir çıxışında 30 Mart - 9 Aprel arasında işləməyəcək işçilərə maaşlarını alacaqları vədi verib. Onun sözlərinə görə, işçilər işləmədikləri günlərin yerini daha sonra əlavə iş saatları ilə əvəz edəcəklər.

Ölkə daxilində ölümlərin əksəriyyətinin paytaxt Madrid şəhərində və ətrafında baş verdiyi bildirlir.

İspaniya dünyada koronavirus qurbanlarının sayına görə, ikincidir.

Koronavirus epidemiyasına ən çox qurban verən ölkələrin siyahısı:

İtaliya: 10.023

İspaniya: 6528

Çin: 3300

İran: 2640

Fransa: 2314

ABŞ: 2229

Birləşmiş Krallıq: 1028

Hollandiya: 640

Almaniya: 433

Belçika: 353

İsveçrə: 271

Cənubi Koreya: 152

Braziliya: 114

İsveç: 112

Türkiyə: 108

İndoneziya: 102

Portuqaliya: 100

Avstriya: 68

Filippin: 68

Qeyd: İspaniyadan başqa digər dövlətlərdə ölüm göstəriciləri dünənki statistikaya aiddir.




Ana səhifəyə qayıt        Baxış: 2 430          Tarix: 29-03-2020, 15:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma