Xəbər lenti


Dünya bazarında neftin qiyməti 22% artıb.
Ovqat.com-un məlumatına görə, son günlər 25 dollardan yuxarı qalxmayan bir barel Brent markalı nefti bu gün 30 dolları keçib.
Bahalaşmanın səbəbi Rusiya-Səudiyyə Ərəbistanı arasında başlayan neft savaşının sona çatmasıyla izah olunur.
Bu xoş xəbəri ABŞ prezidenti Donald Tramp özünün Tvitter hesabından paylaşıb. O, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla danışdığını, vəliəhdin ona Putinlə telefon söhbətində neft savaşını dayandırmaq barədə razılığa gəldiyini xəbər verdiyini bildirib. Tramp bu barışığa xeyir-dua verdiyinə eyhamla dünyada neft sənayesinin inkişafının önünün açıldığına inancını ifadə edib. 
Trampın bu paylaşımından sonra dünya bazarlarında neft bahalaşmağa başlayıb.


Ana səhifəyə qayıt        Baxış: 2 836          Tarix: 2-04-2020, 20:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma