Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Rəşad AYDIN
AMİP Siyasi Şurasının üzvü
COVİD – 19 bütün bəşəriyyətə müharibə elan edib. Bəli, məhz bütün bəşəriyyətə. Dinindən, dilindən, irqindən asılı olmayaraq, sərhəd tanımadan bütün dövlətlərə və bütün insanlığa qarşı müharibə. Heç nəyə baxmır və heç kimi ayırmır. Onu nə insanların tutduğu sosial status, nə yaşayış səviyyəsi maraqlandırmır. Nə yaşlı insanlara imkan tanıyır, nə gənclərə nə də uşağa. Məqsədi birdir: bacardığı qədər insanı yoluxdurmaq və mümkün qədər çox can almaq.
Dünya elminin və səhiyyə sisteminin bu dərəcədə inkişaf etdiyi bir dövrdə hansısa gözəgörünməz bir virusun bu miqyasda təhlükəli olacağını heç kim təsəvvürünə belə gətirməzdi. Bu gün virusun təbii yolla meydana gəldiyi və ya hansısa labaratoriyalarda hazırlandığı ilə bağlı çoxlu sayda mülahizələr irəli sürülməkdədir. Amma yaranma səbəbi nə olursa olsun müharibə artıq başlayıb. Özü də elan olunmamış müharibə. İndi müharibənin səbəbləri ilə bağlı mübahisə etməyin zamanı deyil. Qarşıda duran ən vacib məsələ düşmənə necə qalib gəlməyin yollarını tapmaqdan ibarət olmalıdır. Yalnız bundan sonra, yəni bəşəriyyətin xilasından sonra səbəbləri araşdırmaq və gələcəkdə də bu cür təhlükələrlə üz-üzə qalmamaq üçün günahkarları cəzalandırmaq olar. Bu gün isə hamılıqla səfərbər olmalı və döyüşə girməliyik. Bütün müharibə dövrlərində olduğu kimi, həm ön cəbhədə, həm də arxa cəbhədə tam səfərbər olmağımız şərtdir.
Fərq yalnız ondadır ki, bu günə qədərki müharibələrdə düşmənin kim olduğunu bilərək və görərər döyüşdürdüksə, indi adi gözlə görə bilmədiyimiz və tanımadığımız düşmənlə döyüşürük. Ön cəbhədə isə həmişəkindən fərqli olaraq, ordu deyil, ağ xalatlı səhiyyə işçiləri vuruşur. Əgər ənənəvi müharibələrdə səhiyyə işçilərimiz bir addım geridə mübarizə apararaq düşmənlə üz-üzə dayanan hərbi güclərə dəstək verirdilərsə, yaralıların döyüş meydanından çıxarılması, onların əməlyyat olunaraq həyata qaytarılmasını təmin edirdilərsə, bu gün yerlər dəyişib. Düşmənlə birbaşa, üz-üzə dayanmaq həkimlər və səhiyyə işçilərinin, onların işini yüngülləşdirmək isə polis, ordu və ümumilikdə hərbi güclərin üzərinə düşüb.
Amma bu müharibədə də digər müharibələrdə olduğu kimi yalnız polisin, ordunun və səhiyyə işçilərinin köməyi ilə qalib gəlmək mümkün deyil. Qalib gəlmək üçün hər kəsin üzərinə vəzifə düşür. Xəstəliklə mübarizədə vətəndaşların problemlərinə biganə qalmamalı olan dövlət rəsmilərinin də, lazımi avadanlıqların ölkəyə gətirilməsini təmin etməli olan hökumətin də, insanları gündəlik tələbat malları ilə, eləcə də lazımi sayda dərman və qoruyucu vasitələrlə təmin edən sahibkarın da üzərinə böyük vəzifə düşür. Ən böyük vəzifə isə sıravi dünya vətəndaşının üzərinə düşür. Bu düşmənə qalib gəlməyin hələ ki, yeganə yolu ona öz viruslarını yaya biləcək yeni imkanlar tanımamaqdır. Yoluxdura biləcəyi insanların sayını nə qədər tez bir zamanda minimuma endirə bilsək, qələbəni də bir o qədər tez əldə etmiş olacağıq. Unutmayaq arxa cəbhədə olan bizlər düşmənlə mübarizədə üzərimizə düşən vəzifənin öhdəsindən gələ bilməsək, ön cəbhədəki döyüşçülərimiz təkbaşına heç nəyə nail ola bilməyəcəklər. Odur ki, səfərbər olaq və düşmənə yeni canlar verməyək!
Rəşad AYDIN
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar