Xəbər lenti
Bu gün, 12:54
Bu gün, 11:29
Bu gün, 10:13
Bu gün, 09:11
Dünən, 18:43
Dünən, 15:34
Dünən, 13:51
Dünən, 09:28
25-12-2024, 23:20
25-12-2024, 22:04
25-12-2024, 21:25
Dünən Azərbaycan Prezidenti (COVİD-19) koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin əfv olunmaq haqqında müraciətlərinə baxaraq, "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzaladı. Sərəncamda diqqət çəkən məqam əfv olunan 176 məhkumun hər birinin yaşının 65-dən yuxarı olmasıdır.
AMİP sədr əvəzi Arzuxan Əlizadənin fikrincə, bu əfv Sərəncamı humanizm prinsiplərinə əsaslanan müsbət addımdır: “Xüsusilə də ölkədə bütün resursların pandemiyaya qarşı mübarizəyə səfərbər olunduğu indiki həssas zamanda Dövlət başçısının bu addımı təqdir olunmalıdır. Ümid edirəm ki, bu addımlar davamlı olacaq və yaxın gələcəkdə daha çox ailənin sevincinə şahidlik edəcəyik”.
Dünən əfv olunan məhkumların içərisində ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanmayan bir qism şəxslərin də olduğunu vurğulayan partiya rəhbəri Prezidentin bu addımından sonra dövləti cinayət törətmiş həmin adamların üzərində minnətdarlıq borcunu ödəmək vəzifəsi yükləndiyinə inanır: “İndi növbə həmin adamlarındır. Onların içərisində qeyri-məqbul yollarla geniş maliyyə imkanlarına yiyələnmiş şəxslərin olduğu da sirr deyil. Hesab edirəm ki, ölkədə pandemiyaya qarşı həyata keçirilən tədbirlər çərçivəsində görülən işlərə dəstək verərək əhalinin aztəminatlı hissəsinin ehtiyaclarının ödənilməsində bilavasitə iştirak etməklə onlar vaxtilə etdikləri günahların bir hissəsini yumaq şansı qazana bilərlər”.
Arzuxan Əlizadənin dünən diqqətini cəlb edən əsas məsələlərdən biri də Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsal edən müəssisəsinin açılması olub. Onun fikrincə, Azərbaycanın yerli tibbi ləvazimatlar istehsal edən müəssisə yaratması da təqdirəlayiq haldır: “Çünki koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qoruyucu vasitələrə, xüsusilə tibbi maskalara tələbatın kəskin artması səbəbindən ölkədə bu vasitələrin qıtlığı yaşanırdı və əhali haqlı olaraq apteklərdə maskaların olmadığından şikayətlənirdi. Bir çox hallarda isə bəzi işbazlar mövcud durumdan sui-istifadə edərək süni qiymət artımı edirdilər. Bununla əlaqədar biz də ciddi narahatlığımızı ifadə etmiş və ölkədə tibbi maska istehsalına başlamağın vacibliyini vurğulamışdıq. Bu baxımdan belə bir dönəmdə, qısa müddət ərzində həmin müəssisənin istifadəyə verilməsinin müsbət hadisə olduğu qənaətindəyəm.
Verilən məlumata əsasən, tibbi maska istehsalı üçün müasir avadanlıq qardaş Türkiyədən gətirilmiş və qısa müddətdə quraşdırılmışdır. Müəssisədə istehsal prosesinin üçnövbəli olacağı və beynəlxalq standartlara uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min, ikinci mərhələdə isə istehsal həcminin 2 dəfə artırılaraq gündəlik 200-250 min civarında tibbi maska istehsal ediləcəyi deyilir. Fikrimcə, bununla da qısa müddət ərzində ölkədə tibbi maskalara olan tələbat ödəniləcək. Hazırda bir çox ölkədə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskaların böyük qıtlığı yaşanması səbəbindən, təbbi ki, gələcəkdə istehsal olunan məhsulun digər ölkələrə ixrac olunacağı da mümkündür”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar