Xəbər lenti


Hindistanda koronavirusa qarşı zora üsuluyla mübarizə aparıldığı barədə xəbər vermişdik. Bildirmişdik ki, Çinlə həmsərhəd olan və 1 milyarddan çox insan yaşayan Hindistanda bu günə qədər 58 nəfərin koronavirusdan ölməsinin qeyri-adı səbəbi var – hind “Zopa”-sı. Hind “Zopa”-sının nədən ibarət olmasını göstərən videolar da paylaşmışdıq. Videolarda küçələrə çıxan insanları zopalayan polislərin öz vəzifə borclarını nə qədər qəddar üsullarla həyata keçirdikləri əks olunmuşdu.



Ovqat.com xəbər verir ki, hind zopası “vaksini”nin dozası deyəsən bir az artıq olub. Nəticədə Hindistanın bəzi əyalətlərində insanlar ayağa qalxaraq onlar da sağlamlıqlarının qayğısına qalan asayiş keçikçilərini eyni qaydada “vaksin”ləyiblər. Yəni loru dillə desək, zopalayıblar. 
Səbəb isə nə olsa yaxşıdır? – Niyə hind polisi “vaksinləmə” sırasında adi zopadan yox, bambuk ağacından hazırlanmış xüsusi şallaqdan istifadə edib.
Ah, qədirbilməz və nankor qara camaat, axı siz hardan biləsiniz inkişaf və tərəqqi nədir?
 

 



Ana səhifəyə qayıt        Baxış: 2 494          Tarix: 9-04-2020, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma