Xəbər lenti


Çoxlarımızı bir sual maraqlandırır: Çində ortaya çıxan koronavirus nə əcəb qonşu Hindistanda və ya Pakistanda ciddi iz bıraxmadan İrana, İrandan İtaliyaya, İspaniyaya və digər Avropa ölkələrinə sıçradı? Bu gün koronavirusun ən çox silkələdiyi ölkə isə ABŞ-dır. Hər gün ABŞ-da 1000-dən artıq insan “korona”ya qurban gedir, Hindistanda isə bu günə qədər cəmi 58 nəfər həyatını itirib.
 


Bu bəxtəvərlik təkcə ölüm sayının azlığında da özünü göstərmir. Hindistanda indiyədək koronavirusa yoluxanlarda da ABŞ-ın xeyli gerisindədir. İndiyədək bu Asiya nəhəngində  2032 nəfər xəstəliyə yoluxub. ABŞ-da isə təkcə bir gündə (dünən) 26 mindən çox adamda testlər müsbət çıxıb. Halbuku Hindistan əhalisinin sayı ABŞ-dan hardasa 3 dəfə çoxdur. Elədirsə, koronavirusun Hindistana bu qədər mərhəmətli yanaşmasının səbəbi nədir?



Bir çoxlarınız yəqin ki, bunu Hindistanda havanın temperaturu ilə əsaslandıracaqsınız. İddialara görə, koronavirus müəyyən hava temperaturunda həqiqətən də öz təsir gücünü itirir, hətta ölür. Bəziləriniz bu müəmmanın sirini Hindistandakı diktatura rejimində axtaracaq. Buna da bir söz deyə bilmərik və əslində bizim irəli sürəcəyimiz iddialara da bir addım yaxınlaşmış sayılırsınız.
Bizcə isə, Hindistan hökumətinin əsl uğuru koronavirusun əsl dərmanını tapmasından qaynaqlanır.



Bəli, bəli, Hindistan hökuməti bu dərmanı əməlli başlı tapıb. Ölkəni o dərmanla aşılamağa başlayandan isə yoluxma və ölüm hadisəsi azalıb. Bəs o əsrarəngiz dərman nədən ibarətdir? - Sən demə, polis dəyənəyindən. Biz də bu əsrarəngiz dərmanı ZOPA adlandırırıq.
İnanmırsınızsa, gəlin, Hindistan polisinin koronavirusa qarşı ZOPA mübarizəsi ilə tanış olaq.
 
 


 

 
Qeyd edək ki, bir çoxlarınıza komik gələn, yazı müəllifinin də əslində yumoristik tərzdə qələmə aldığı bu iddiada həqiqət payı da az deyil. Zira Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarından belə anlaşılır ki, dərmanı indiyədək kəşf olunmayan koronavirusdan qurtulmağın ən gözəl yolu evdən bayıra çıxmamaqdır. İstər İranda, istər İtaliyada, istərsə də ABŞ və digər Qərb ölkələrində ev həbsinə alınmağın vacibliyini heç kimə izah edə bilməzsən. Səni demokratik hüquqlara sayğısızlıqdan günahlandırıb hoydu-hoyduya qoyarlar.



Qərb dövlətlərini boş verin, hətta polis dəyənəyinin son çarə kimi baxıldığı Azərbaycanda belə Operativ Qərargah gündə yeni ciddi xəbərdarlıqla vəziyyətin mürəkkəbliyini başa salmağa çalışır, millət isə öz keyfində. Bu da koronavirusun genişlənməsinin qarşısını almağa imkan vermir. Hindistan isə xəstəliyin ən optimal dərmanını tapıb və bunu çölə çıxan hər kəsin üzərində sınaqdan çıxarır. 



Ana səhifəyə qayıt        Baxış: 8 737          Tarix: 2-04-2020, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma