Xəbər lenti
Dünən, 20:21
Dünən, 19:38
Dünən, 17:40
Dünən, 15:30
Dünən, 15:26
Dünən, 11:16
Dünən, 10:28
Dünən, 09:12
30-10-2025, 23:30
30-10-2025, 22:30
30-10-2025, 20:26
30-10-2025, 18:30
30-10-2025, 17:12
30-10-2025, 16:30
30-10-2025, 15:30

İraqın "Həşd Şabi" hərəkatı əl-Ənbar vilayətində İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyat keçirib.
Ovqat.com xəbər verir ki, hərbi əməliyyat bu gecə İŞİD-in əsasən şiə türmkənlərin yaşadığı Duzxurmatu bölgəsinə etdiyi hücumdan sonra başlayıb.
İŞİD hücumu nəticəsində 3 nəfərin öldüyü və 5 nəfərin yaralandığı bildirilir. Hücum Həşdi Şabi hərbi birləşməsinə qarşı həyata keçirilib və İraq könüllülərinin buna cavabı sərt olub. Duzxurmatunun bağlı olduğu Səlahəddin vilayətindən sünnilərin qalası sayılan əl-Ənbar bölgəsinə qədər geniş miqyaslı hərbi əməliyyatlara başlayan Həşdi-Şabi qüvvələrinin xeyli sayda İŞİD-çini zərərsizləşdirdiyi və ələ keçirdiyi xəbər verilir.
Ələ keçirilən İŞİD-çilər arasında təşkilatın əl-Ənbar “əmiri” də var. “Əmir” barəsində cinayət işi başladılıb və onu ağır cəza gözləyir.
Həşd Şabi-nin sözügedən əməliyyatına komandirlik edən Qasim Müslihin bildirdiyinə görə, zərərsizləşdirilən və ələ keçirilən terrorçular təhlükəsizlik qüvvələrinə qarşı terror aktları təşkil ediblər.
Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri 9 dekabr 2017-ci il tarixində İŞİD-ə qarşı tam qələbə qazandıqlarını bəyanlamışdılar. Üzərindən 2 il yarım zaman keçməsinə baxmayaraq, İŞİD hücumlarının hələ də sürməsi qələbənin vaxtından əvvəl elan olunması barədə qənaətləri gücləndirir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar




























