Xəbər lenti

İraq hökuməti ilə Həşdi Şabi qruplaşması arasında ikitirəlik yaranıb.

Ovqat.com xarici mətbu orqanlarına istinadən xəbər verir ki, fikir ayrılığı ABŞ əsgərlərinin İraqı nə zaman tərk edəcəyi məsələsinə münasibətdə ortaya çıxıb.

İraq Baş naziri Heydar İbadi bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada ABŞ əsgərlərinin tədricən ölkəni tərk edəcəyini bildirmişdi. İrana bağlı olan Həşdi Şabi dəstələrindən 2-sinə görə isə, ABŞ bu addımı dərhal atmalıdır.

Onların fikrincə, koalisiya qüvvələri terror təşkilatı İŞİD-lə mübarizə bəhanəsiylə İraqdadırlar. İŞİD isə artıq sıradan çıxarılıb. Dolayısıyla, koalisiya qüvvələrinə də ehtiyac qalmayıb. Əksinə, bundan sonra onların İraqda qalması həm hökumət qüvvələri arasındakı ziddiyyəti körükləyə, həm də terrorçuları “maqnit kimi”  ölkəyə çəkə bilər.

Həşdi Şabinin əhəmiyyətli qollarından sayılan Ketaib Hizbullahın sözçüsü Cəfər Hüseyni bir az da irəli gedərək, ABŞ yaxın zamanlarda bölgədən çəkilməsə, ona qarşı müharibəyə başlayacaqları ilə Vaşinqtonu təhdid edib




Ana səhifəyə qayıt        Baxış: 785          Tarix: 7-02-2018, 15:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma