Xəbər lenti


Azərbaycanda 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılmışdır.
Ovqat.com xəbər verir ki, Operativ Qərargahın bu günə olan məlumatında belə deyilir.
Məlumata görə, indiyədək ölkəmizdə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 836 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75.397 test aparılmışdır.


Ana səhifəyə qayıt        Baxış: 1 590          Tarix: 15-04-2020, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma