Xəbər lenti
Bu gün, 17:44
Bu gün, 16:15
Bu gün, 13:17
Bu gün, 12:57
Bu gün, 11:22
Bu gün, 10:44
Bu gün, 10:00
Dünən, 17:54
Dünən, 16:27
Dünən, 16:00
Dünən, 13:44
Dünən, 11:43
3-02-2025, 23:43
3-02-2025, 22:59
3-02-2025, 21:48
3-02-2025, 18:25
3-02-2025, 17:20
Azərbaycan xalqı qədirbilən xalqdır. Gördüyümiz bir zərrə hörməti belə heç vaxt unutmaz, baştacı etməyi bacarar və heç kimə borclu qalmağı sevmərik.
SOCAR isə Azərbaycanın ən iri Dövlət Şirkətidir. Ölkəmizin əsas gəlir mənbəyi sayılan bu şirkət, sözsüz ki, çox adama çörək verib. Qədirbilən toplum olduğumuzdan ən çox çörək verən Dövlət Şirkətinin Prezidenti də xalq tərəfindən sevilir, təqdir olunur. Bəzi ağzıgöyçək müxaliflərin Rövnəq müəllimə 2020-ci ili 20-20 kimi oxumasını irad tutmasına, erməni kilsəsinə qaz verməsini və s. (çox uzatmağa lüzum görmürük) böyük problemə çevirməsinə baxmayaraq, bu ümumxalq sevgisi hər addımbaşı hiss edilir, şahidlərin qəlbini riqqətə gətirir.
Ovqat.com olaraq biz buna dünən SOCAR-la aramızda yaşanan kiçik qalmaqal zamanı da bir daha əmin olduq. Ona da əminik ki, messenger vasitəsilə saytımıza iradını bildirən idmançı görkəmli sadə vətəndaşla aldığımız kiçik “müsahibəylə” tanış olduqda siz də bizim fikrimizlə razılaşacaqsınız.
Dəyərli müsahibəmizə nəsihət dolu fikirlərini şərh etmədən oxucuların diqqətinə çatdıracağımıza söz verdiyimizdən təqdimatımızı çox uzatmaq istəmirik. Sadəcə onu bildirməklə kifayətlənir ki, SOCAR-ın Prezidentinin bu böyük vətəndaş dəstəyinə təşəkkür etmək borcu doğmuşdur. Bu borcu geri qaytarmamaq Rövnəq müəllimin alicənablığına kölgə sala, idmançı görkəmli, 22 il 4 ay həbsdə yatan və bunu böyük fəxrlə səhifəsinin ən görkəmli yerinə həkk edən sadə vətəndaşın könlünə toxuna bilər. Əgər Cənab Rövnəq Abdullayev zati-aliləri öz təşəkkür borcunu geri qaytarmaq fikrinə düşsə, biz məmnuniyyətlə SOCAR Prezidentində də bu imkanı yarada bilərik.
-Salam. Sen kimsen? Sene sozum var menim.
-Salam. Necəsən?
-Sag ol
-Senin Rovneq muellim barede yazdiqlarina etirazim var.
-Bu sizin ən təbii haqqınızdır.
-Paxilligin tutur Onun meqamina?
-Fikrinizi yazın dərc edərəm.
-Cox sad olaram.
-Buyurun, yazın
-Sen vetenimiz ucun etdiklerinnen birceciyini de... Siz Azerbaycanin ugurlarini gozunuz goturmur.duzdu? Rovneq muellim her ehtiyaci olana komek eden insandi. Yetimxanalara, idmancilara, birmenali olaraq yardim edir. Bunu biz idmancilar her an oz uzerimizde hiss edirik.
-Çox gözəl.
-Siz yeqin Azerbaycanin uz qaralarinnansiz, hee?
-)))))).
-Veteni sevin.
-Yəqin, sözünüz qurtardı.
-Dovletimizi sevin. Xalqimizi sevin. Azerbaycanin ayaginnan dartan onsuzda coxdu. Sapi bizden olan baltaladan olmayin. Paxillara hemise nifret elemisem. Siz paxilsiniz.
-Yəni mənə də nifrət edirsiniz?
-Azerbaycani sevmiyen her kese nifret edirem.
-Qurtardı sözünüz?
-Isteseniz saatlarla diskusiya ede bilerik
-Ehtiyac yoxdur. Fikrinizin məğzini dediniz. Bu, kifayət edər.
-Ok.
-Hələlik.
-Soz verdiniz ki derc etdieceksiniz. Menim etirazim yoxdu. Ama edaletle yazin.
-Edəcəm, narahat olmayın. Olduğu kimi yazacağam. Şərh etmədən.
-Derc etdiyinizi cekib menede atarsiniz zehmet olmasa
-Baş üstə
-Basin var olsun
-Sizi kim olaraq təqdim edim? Adınız nədir?
-Profilde necedirse ele yazin.
-Ok.
-TB?
-Naxcivanli
-Profilde necedirse ele yazin
-Ok.
-TB?
-Naxcivanli. Adim Tebessum. Hesenov. Unvanimida yazim?
-Ehtiyac yoxdur. İdmançıların Rövnəq müəllimə dəstəyi kimi verəcəm sizin fikirləri.
-Vetendas desteyi kimi.
-Tamam,
-Tamam. Sadə vətəndaş dəstəyi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər