Xəbər lenti


Neft ucuzlaşmaqda davam edir. 
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 21:42-də Brent nefti 6,9% ucuzlaşma ilə 26,27 dollardan, Qərbi Texas nefti (WTI) isə 1223% ucuzlaşma ilə 1,38 dollardan alıcı tapıb.
Neft qiymətləri, tələbdəki azalma ilə bərabər anbarların (çənlərin) tutumlarının sürətlə dolması ilə əlaqədar olaraq da düşür.  
Neftə qlobal gündəlik tələbin 25-35 milyon barel civarında azaldığı ehtimal edilir. Buna qarşılıq neft ölkələri hasilatlarını cəmi 10 milyon barel azaldırlar. Hasilatın azaldılması həcmi təklif artıqlığını ortadan götürməyə kifayət etmir. 
OPEC-in aylıq hesabatına görə, koronavirus epidemiyası ilə əlaqədar olaraq qlobal iqtisadiyyatın dayanması ilə neft tələbinin son 30 ilin ən aşağı səviyyələrinə düşə biləcəyini təxmin edir.Neft istehsal edən ölkələrn öhdəlik götürdüyü istehsal azaltmasını reallaşdırsalar belə, yenə də istehsal tələbin üzərində reallaşmış olacaqdır. Bu təxminlər ilə neft qiymətlərində satış təzyiqinin davam etdiyini görürük.



Ana səhifəyə qayıt        Baxış: 6 663          Tarix: 20-04-2020, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma